ADU-da Çin azərbaycanlı tələbələrin gözü ilə adlı tədbir keçirilib - + FOTO

ADU-da “Çin azərbaycanlı tələbələrin gözü ilə” adlı tədbir keçirilib + FOTO

Avqustun 8-də Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Çin azərbaycanlı tələbələrin gözü ilə” adlı tədbir keçirilib.

 

Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov Çin cəmiyyətinin psixologiyasının formalaşmasının xüsusiyyətləri, çinlilərin düşüncələrində konfutsiçiliyin və ənənələrin rolundan söz açıb. R.Abbasov “Çin arzusu” ideoloji konsepsiyası haqqında da danışıb. O, bildirib ki, bu konsepsiya Çində milli dirçəliş və ədalətli cəmiyyət quruculuğu barədə çoxəsrlik fikirləri əks etdirir. R.Abbasovun sözlərinə görə, bu konsepsiyanın əsasında milli vətənpərvərlik ruhu və islahatlar dayanır.

 

Konfutsi İnstitutunun əməkdaşı Əfsanə Balayeva Azərbaycan-Çin linqvo-mədəni gənclik düşərgələrində təcrübələr, Çində azərbaycanlı tələbələrin sosial adaptasiyasının xüsusiyyətlərindən söhbət açıb.

 

Daha sonra ADU-nun Psixologiya kafedrasının müəllimi Gülnür Abbasova çinlilərin ənənəvi dəyərləri və müasir dünyada etnopsixologiyanın xüsusiyyətləri haqqında məlumat verib.

 

Tədbirdə çıxış edən ADU-nun tələbələri çinlilərin etnik özünüdərki, xüsusilə Çin milli xarakteri, düşüncə tərzi, eyni zamanda onların milli-psixoloji keyfiyyətləri barədə danışıblar. 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !