Lənkəranda ümumrayon müşavirəsi keçirilib - + FOTO ( Azpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Lənkəranda ümumrayon müşavirəsi keçirilib + FOTO ( Azpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Qax şəhərində keçirilmiş barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışından irəli gələn vəzifələrlə əlaqədar avqustun 8-də Lənkəran Şəhər İcra Hakimiyyətində (ŞİH) ümumrayon müşavirəsi keçirilib.

 

Müşavirədə İcra başçısı aparatının məsul işçiləri, yerli icra nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri, kənd təsərrüfatı mütəxəssisləri, qabaqcıl fermerlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.


Müşavirəni giriş sözü ilə açan Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov Prezident İlham Əliyevin müdrik düşüncəsi ilə ölkə iqtisadiyyatının post-neft dövrünə uyğunlaşdırılması məqsədilə qeyri-neft sektorunun durmadan inkişaf etdirilməsinin artıq dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdiyini qeyd edib. İcra başçısı bununla bağlı ölkədə kompleks tədbirlərin görüldüyünü, Dövlət Proqramlarının, müvafiq fərman və sərəncamların imzalandığını, çoxlu sayda əmək tutumlu və sosial yönümlü layihələrin icra olunduğunu bildirib. Natiq qeyd edib ki, bunların arasında kənd təsərrüfatına daxil daxil olan sahələrin inkişafına da geniş yer verilir və avqustun 4-də Qax şəhərində keçirilmiş ümumrespublika müşavirəsi də məhz bu həyati əhəmiyyətli məsələlərə, aqrar sahənin ən gəlirli bölmələri olan barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə həsr olunub. Taleh Qaraşov deyib ki, ölkə başçısı cənab İlham Əliyevin müşavirədəki proqram xarakterli çıxışından irəli gələn vəzifələrin icrasından ötrü cavabdeh təşkilatlar və məsul şəxslərlə yanaşı, bütün rayon ictimaiyyətinin səyləri səfərbər olunmalı, frontal iş qurulmalı, bu sahəyə aid ictimai təşəbbüslərə dərhal reaksiya verilməli, fermer və sahibkarlara lazımi köməklik göstərilməlidir. İcra başçısı eyni zamanda növbəti ildə rayonda artıq barama istehsalına başlanılacağını diqqətə çatdıraraq, yem bazasının yaradılmasının vacibliyini önə çəkib, yeni əkilmiş 55 minə qədər tut tinginin qorunması, suvarılması və aqrotexniki qulluğun göstərilməsi ilə bağlı məsul şəxslərə ciddi tapşırıqlar verib. T.Qaraşov sözügedən sahədə təşkilati işlərin operativ qurulmasından ötrü baramaçıların, eyni zamanda çayçıların da assosiasiyalarının təsis olunmasının əhəmiyyətini xüsusi qeyd edib və rayonun təbii şəraitinin fındıqçılığın inkişafı üçün də əlverişli olduğunu vurğulayaraq müvafiq qurumlara fındıq əkini üçün ilkin məhələdə 4 hektar torpaq sahəsinin hazırlanmasını və əkin üçün uyğun sortların müəyyən edilməsini tapşırıb.


Tədbirdə daha sonra İcra başçısının müavini-sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Xalid Rəhimov, rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Tofiq Rzayev, “Yaşıl çay” fermer təsərrüfatı MMC-nin direktoru Araz Yağubov, təcrübəli baramaçı İltifat Həsənov və digərləri çıxış edərək rayonda barama istehsalının genişləndirilməsi ilə bağlı fikir və mülahizələrini bildiriblər.

 


 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !