BAKI 2017: Atletika/Para Atletika - FOTO

BAKI 2017: Atletika/Para Atletika FOTO

Türk atlet Yasəmən Can qadınlar arasında 10 000 metr məsafəyə qaçış yarışlarının finalını da qələbə ilə başa vuraraq qızıl medala layiq görüldü.
Amsterdamda keçirilmiş Avropa çempionatının qalibi olmuş Keniya əsilli idmançı şənbə günü 10 000 m məsafəyə qaçış yarışlarının finalında finiş xəttinə 31 dəqiqə 18.20 saniyə ərzində çatdı.

Can Olimpiya oyunlarında finiş xəttinə 30:26.41 saniyədə çataraq yeddinci yeri tutmuşdu və o, İslam Oyunlarında finiş xəttində bəhreynli Roza Çelimonu (31:37:81) və BƏƏ-nin atleti Məhəmməd Aliyanı (31:49:01) qabaqladı.

Asiya Oyunları və Asiya çempionatlarının qızıl medalçısı Aliya finiş xəttinə məğlubedilməz çempionu Şitaye Eşetedən qabaq gəlib çatdı.

Türk Osman Can da nüvəatma yarışlarını qələbə ilə başa vuraraq Türkiyəyə qızıl medal qazandırdı.

Ərəbistanlı Sultan Albeçi isə nüvəatma yarışlarını gümüş medalla başa vurdu.

2015-ci il Asiya çempionatlarında səkkizinci yeri tutmuş özbəkistanlı Serqey Dementov isə bürünc medalla mükafatlandırıldı.

Azərbaycan əlilliyi olan kişi idmançılar arasında uzununa tullanma yarışlarının finalında atletikada 11-cı qızıl medalını qazandı.

Elçin Muradov 5.76 m məsafəyə tullanaraq qızıl medal qazandı, indoneziyalı Əbdül Dalimunt isə 5.28 m nəticə ilə gümüş medala layiq görüldü.
51 yaşlı Zeyniddin Bilalov 5.22 m məsafəyə tullanaraq fəxri kürsüdə öz həmyerlisinə qoşuldu.

Z.Bilalov Paralimpiya oyunlarının üçqat tullanma yarışlarında iki dəfə gümüş medal qazanıb.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !