Gəncə şəhərinin tarixi yerlərinə hərbi qulluqçuların ekskursiyası təşkil olunub - + FOTO

Gəncə şəhərinin tarixi yerlərinə hərbi qulluqçuların ekskursiyası təşkil olunub + FOTO

Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə cəbhənin ön xəttində xidmət edən hərbi qulluqçuların Gəncə şəhərinin tarixi yerlərinə ekskursiyası təşkil edilib.


3 gün davam edən ekskursiyalar zamanı hərbi qulluqçular Gəncə şəhərinin qədim tarixi, xalqımızın zəngin mədəni irsi, incəsənət abidələri haqqında məlumatlandırılıblar.


Gəncə Qala qapıları, Nizami Gəncəvi məqbərəsi və Nizami Gəncəvi Yaradıcılıq muzeyi, İsrafil Məmmədovun ev muzeyi və məzarı, Məhsəti Gəncəvi mərkəzi, Cavad xan küçəsi və Cavad xan məqbərəsi, Şeyx Zamanovlar mülkü, Şah Abbas məscidi, Çökək Hamam, Xan Bağı, Xalq Cümhuriyyəti binası və Şirəli bəy bürcü ilə tanış olan hərbçilər xoş təəssüratlarla xidmət yerlərinə qayıdıblar.


Bu səpkidə keçirilən tədbirlər hərbi hissələrlə ictimaiyyət arasında əlaqələrin daha da genişləndirilməsi məqsədi daşıyır 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !