Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəncamları -

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəncamları

“İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 762-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 762-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

 

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

 

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

 

İlham Əliyev

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 7 avqust 2017-ci il. 


 

***


 

Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 iyul tarixli 2934 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 764-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

 

“Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 iyul tarixli 2934 nömrəli Sərəncamına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 7, maddə 645, № 8, maddələr 723, 731; 2009, № 6, maddələr 419, 421, № 12, maddə 1029; 2010, № 2, maddə 80, № 3, maddə 183, № 10, maddə 850; 2013, № 12, maddə 1556; 2014, № 11, maddə 1414; 2016, № 5, maddə 907, № 6, maddə 1172; 2017, № 1, maddə 82, № 5, maddə 858) Əlavə 3 - “Azərbaycan Respublikasında dövlət qulluqçularının aylıq vəzifə maaşları”nda aşağıdakı dəyişikliklər edilsin:


1. “İnzibati vəzifələrin təsnifatı üzrə:” hissəsinin “Yeddinci təsnifat” bəndinə “Yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində:” yarımbəndindən əvvəl aşağıdakı məzmunda yarımbənd əlavə edilsin:

 

 

2. “Yardımçı vəzifələrin təsnifatı üzrə:” hissəsinin “Dördüncü təsnifat” bəndinin birinci abzasına üçüncü halda “bölmələrində,” sözündən sonra “yerli icra hakimiyyəti başçısının yanında olan orqanlarda,” sözləri əlavə edilsin.

 

İlham Əliyev

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 5 avqust 2017-ci il.

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !