LƏNKƏRANDA ELMİ-PRAKTİKİ SEMİNAR KEÇİRİLİB - + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran )

LƏNKƏRANDA ELMİ-PRAKTİKİ SEMİNAR KEÇİRİLİB + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Lənkəran Bölgə Zona Təcrübə Stansiyasında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin idarə edilməsi üzrə Dövlət Xidməti və Tərəvəzçilik Elmi -Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə “Lənkəran bölgəsində tərəvəz bitkilərinin toxumçuluğunun elmi əsaslarla inkişaf etdirilməsi yolları” mövzusunda elmi-praktiki seminar keçirilib.


Lənkəran rayonunda tərəvəzçiliklə məşğul olan fermerlərin və torpaq mülkiyyətçilərinin, yerli icra strukturlarının rəhbərlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi baş direktoru Rəsul Balayev seminar iştirakçılarını salamlayaraq, ölkə başçısı cənab İlham Əliyevin toxumçuluğun elmi əsaslarla inkişaf etdirilməsinə böyük önəm verməsindən və bu sahəyə hərtərəfli qayğı göstərməsindən, habelə Strateji Yol Xəritəsində aqrar sahənin inkişaf istiqamətlərindən danışıb. Natiq çıxışında həmçinin respublikanın kənd təsərrüfatı sahəsində qarşıya qoyulmuş tələblər baxımından elmi təminatın daha da yaxşılaşdırılmasının prioritetləri barədə ətraflı məlumat verib.
Elmi-praktik seminarda Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Ələddin Eyvazovun “Respublikada əhalinin kartof, tərəvəz və bostan bitkiləri məhsulları ilə etibarlı təminatı və prioritet istiqamətlər”, Lənkəran Reginol Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru Təyyub Rzayevin “Yeni çəltik sortlarının yerli şəraitdə sınağı və qiymətləndirilməsi”, Lənkəran Bölgə Zona Təcrübə Stansiyasının direktoru Həzər Hüseynovun “Lənkəran BZTS-da tərəvəz bitkilərinin yerli, rayonlaşmış və perspektiv sortlarının ilkin toxumçuluğunun təşkili” mövzularında məruzələri dinlənilib.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran Regional Elmi Mərkəzinin direktoru, kənd təsərrüfatı elmləri direktoru, professor Fərman Quliyev, Azərbaycan Bağçılıq və Subtropik Bitkilər Elmi-Tədqiqat İnstitutunun Lənkəran çay fılialının direktoru İltifat Kərimov, “Lənkəran” qəzetinin baş redaktoru Əlimərdan Əliyev və digərləri çıxış edərək müzakirə olunan mövzulara münasibətlərini bildirməklə, fikir və mülahizələrini söyləyiblər.


Açıq dialoq şəklində davam edən seminarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Daha sonra tədbir iştirakçıları Lənkəran Bölgə Zona Təcrübə Stansiyasında tərəvəz toxumlarının alınması prosesi ilə əyani surətdə tanış olublar.

 



Ağaddin BABAYEV, Lənkəran

 

 


 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !