Alimlər insanların smartfondan asılılığının səbəbini izah ediblər -

Alimlər insanların smartfondan asılılığının səbəbini izah ediblər

İnsanların təxminən 60 faizi nomofobiya (ing. nomophobia – no mobile-phone phobia ) – mobil telefondan məhrum olmaq qorxusu hiss edir. Bu barədə Cənubi Uels Universitetinin psixoloqunun yeni məqaləsində qeyd edilib.

 

Mütəxəssislərin sözlərinə görə, bu qorxunun yaranmasının səbəbi insanların digərlərinə qarşı yaxınlıq hissləri ilə bağlıdır. Onlar yaxınlıq, təhlükəsizlik və bağlılıq hiss etdikdə daha yaxşı fəaliyyət göstərirlər. Lakin əlaqə əlçatmaz olduqda insanlar onu əvəz etmək üsulu axtarırlar.

 

AZƏRTAC rueconomics.ru saytına istinadla xəbər verir ki, qadcetlərdən istifadə ailə üzvləri, dostlar və digər istifadəçilərlə sosial şəbəkələr vasitəsilə ünsiyyət saxlamağa imkan verir. Smartfonlar fotoları və digər şəxsi informasiyanı saxlayır. Bu kimi amillər qadcetlərdən asılılığa səbəb olur.


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !