İlk LD formatlı ingilis dilli Debat yay düşərgəsi fəal gənclərlə start götürdü - + FOTO

İlk LD formatlı ingilis dilli Debat yay düşərgəsi fəal gənclərlə start götürdü + FOTO

4 Avqust tarixində start götürənvə 3 gün davam edəcək “Lincoln Douglas” formatlı ilk ingilis dilli Debat yay düşərgəsigənclərin natiqlik bacarıqlarının yüksəlməsinə və özünüinkişafına səbəb olacaq. İngilis dilində təşkil olunan debat yay düşərgəsində 60-a yaxın gənc iştirak edir.
Layihənin açılış mərasimində Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İsgəndərov, DVC təşkilatının sədri Ələkbər Mustafayev və Milli Debat Proqramının rəhbəri Qulamhüseyn Məmmədov iştirak edib. Layihəni açıq elan edən DVC sədri Ə.Mustafayev yay düşərgəsinin gənclərə töhfəsindən və gənc debatçıların beynalxalq layihələrə doğru irəliləməsindən danışıb. Həmçinin Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İsgəndərov dövlətin gənclərə olan qayğısını qeyd edib, gələcəkdə bu kimi layihələrə Gənclər və İdman Nazirliyi və Şəki şəhər Gənclər və İdman İdarəsi tərəfindən dəstək olacaqlarını bildirib. Belə ki, düşərgədə iştirak etmək üçün müraciət etmiş 300-ə yaxın gənclər arasından seçilmiş namizədlərlə müsahibə aparılmış və müsahibədən müvəffəq olmuş şəxslər Debat yay düşərgəsində iştirak hüququ qazanıblar. Seçilmiş iştirakçılara debatın “Lincoln Douglas” formatı üzrə təlimlər keçilib. Gənclərin bilik və bacarıqlarının inkişafına səbəb olan təlimlər ADA Universitetində keçirilib. Milli Debat Proqramı çərçivəsində təşkil olunan düşərgənin məqsədi regional fəaliyyətin inkişaf etdirilməsi, gənclərin natiqlik bacarıqlarının inkişafı və ölkəmizi beynəlxalq layihələrdə təmsil edə biləcək gənclərin üzə çıxarılmasından ibarətdir. Şəki şəhərinin Kiş kəndində start götürmüş düşərgədə yerli və xarici gənclər “Lincoln Douglas” formatında debat oynamaqla yanaşı, yeni biliklər qazanacaq, dünyagörüşlərini inkişaf etdirəcək, o cümlədən “Cənnət Bağı” istirahət mərkəzində gözəl həftəsonu keçirəcəklər.
Qeyd edək ki, “1st LD Summer Debate Camp” layihəsi Milli Debat Proqramı çərçivəsində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və DVC təşkilatı, ADA Universiteti və Bakı Mühəndislik Universitetinin birgə təşkilatçılığıyla keçirilir.
Xatırladaq ki, DVC öz fəaliyyətini Azərbaycanda 1998-ci ildən “Debat” təhsil proqramı kimi başlamışdır. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən təşkilat 2005 və 2007-ci illərdə ilin ən yaxşı gənclər təşkilatı kimi xüsusi diplomla təltif olunmuş, 2007, 2011, 2016-cı illərdə AR Prezidenti cənab İlham Əliyevin fəal gənclər ilə görüşündə iştirak etməyə layiq görülmüşdür. Təşkilat öz fəaliyyəti dövründə onlarla yerli biznes və beynəlxalq korporasiyalar, dövlət qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq etmişdir. DVC “Beynəlxalq Debat Təhsil Assosiasiyası” (IDEA), “Milli Debat Şəbəkəsi” və “Milli Karyera və İşədüzəltmə Assosiasiyası”nın həmtəsisçisi, öz sahəsində dünya lideri olan “Beynəlxalq Biznes İnkubasiya Assosiasiyası”nın (NBIA) Azərbaycanda yeganə tərəfdaşı, həmçinin dünyanın 200 ölkəsini əhatə edən “Qlobal Sahibkarlıq Şəbəkəsi”nin (GEN) Azərbaycanda eksklüziv nümayəndəsi, Avropa Gənc Sahibkarlar Asosiassiyasının (JEUNE) tam-hüquqlu üzvü, “Amerika-Azərbaycan Ticarət Palatası”nda (AmCham) təmsil olunan yeganə gənclər təşkilatıdır. Həmçinin DVC “Erasmus +” proqramının “Avropa könüllülük xidməti”nin göndərən statusuna malikdir.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !