ADU-da CLS Azerbaijani (Önəmli dil təqaüdü) Proqramının bağlanış mərasimi keçirilib - + FOTO

ADU-da “CLS Azerbaijani” (Önəmli dil təqaüdü) Proqramının bağlanış mərasimi keçirilib + FOTO

Avqustun 4-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribovanın təşkilatçılığı ilə ABŞ Dövlət Departamentinin Amerika Şurası və ADU-nun birgə layihəsi olan “CLS Azerbaijani” (Önəmli dil təqaüdü) Proqramının bağlanış mərasimi keçirilib.


Bağlanış mərasimində ABŞ-ın ölkəmizdəki səfirliyinin əməkdaşıRey Neyler, Amerika konsulluğunun Azərbaycan üzrə direktoru Codi Blakenşip, tələbələrə Azərbaycan dilini tədris edən müəllimlər, dil həmkarları, eyni zamanda amerikalı tələbələr iştirak edib.


Azərbaycan dilini öyrənmiş amerikalı tələbələrin bu işin öhdəsindən yüksək bacarıqla gəldiklərini deyən J.Qəribova proqram çərçivəsində 7 amerikalı tələbənin 8 həftə müddətində Azərbaycan xalqının mədəniyyəti,dili vətarixi ilə daha yaxından tanış olduqlarını söyləyib. Tələbələrdə bu dili öyrənməyə böyük maraq gördüyünü deyən J.Qəribova ənənəyə sadiq qalaraq əlaqələrin davam edəcəyinə ümid etdiyini vurğulayıb. J.Qəribova proqramın icrasında dəstəkgöstərənlərə təşəkkürünü bildirib, tələbələrə uğurlar arzulayıb.


ABŞ səfirliyinin əməkdaşı R.Neyler, Amerika konsulluğunun Azərbaycan üzrə direktoru C. Blakenşip tələbələrin Azərbaycan dilinə yiyələnmələri üçün yaratdıqlarışəraitə görə universitet rəhbərliyinə və əməyi keçənlərə təşəkkür edib, tələbələrə uğurlar arzulayıblar.


Sonra amerikalı tələbələrə Azərbaycan dilini öyrədən müəllimlər, həmçinin onları evlərində qonaq edən valideynlər fikirlərini bildiriblər.


Daha sonra ölkəmiz haqqında öz təəssüratlarını bölüşən amerikalı tələbələr musiqisi Emin Sabitoğlu və sözləri Fikrət Qocaya aid olan “Payız gəldi” mahnısını ifa ediblər.


Bakıda və rayonlarda amerikalı tələbələrin müxtəlif tarixi abidələri ziyarəti zamanı və dərs prosesində lentə alınmış fotoşəkillərdən ibarət videoçarx göstərilib.


Sonda amerikalı tələbələrə, dil həmkarlarına və Azərbaycan dilini tədris edən müəllimlərə hədiyyələr təqdim olunub.


Qeyd edək ki, “CLS Azerbaijani” (Önəmli dil təqaüdü) Proqramı çərçivəsində Azərbaycan dilini öyrənən amerikalı tələbələr proqram müddətindəBakıda Qız Qalası, Yanardağ, Şirvanşahlar Sarayı, Atəşgah məbədi, Palçıq vulkanları, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi, həmçinin muzeylər və digər görməli yerlərdə olublar. Eyni zamanda rayonlara təşkil olunansəfər çərçivəsində tələbələr həmin ərazilərin tarixi abidələri, adət-ənənələri, əhalisi ilə yaxından tanış olublar. Tələbələr Azərbaycan mətbəxi ilə də tanış olaraq qutabın hazırlanması qaydasını öyrəniblər. Proqram müddətində tələbələrə dil və mədəniyyət mövzularında mühazirələr də təşkil olunub.

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !