Lənkəranın ucqar dağ kəndinə içməli su xətti çəkilib - + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Lənkəranın ucqar dağ kəndinə içməli su xətti çəkilib + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Avqustun 3-də Lənkəran rayonunun Günəhir kəndinə içməli su xəttinin çəkilməsi münasibətilə mərasim keçirilib. Tədbirdə Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev, Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli, yerli sakinlər iştirak ediblər.


Məlumat verilib ki, Yaponiya Hökumətinin Azərbaycanda həyata keçirdiyi “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı Proqramı” çərçivəsində “Lənkəran rayonunun Günəhir kəndində su təchizatı sisteminin tikintisi” layihəsi qrant müqaviləsi Yaponiyanın ölkəmizdəki səfirliyi və “Qlobal-Humanitar Təşkilat” arasında fevralın 27-də imzalanıb.


Kənd sakinlərinin su tələbatını ödəmək məqsədilə layihə çərçivəsində 14,3 kilometr su borusu xətti çəkilib, ərazidə su anbarı, 40 ton həcmində rezervuar və 3 su bulağından ibarət olan yeni su təchizatı sistemi tikilib.


Ümumi məbləği 82,213 ABŞ dolları təşkil edən layihədən 1500 kənd sakini faydalanacaq.
Bildirilib ki, “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı Proqramı” çərçivəsində indiyədək yuxarıda qeyd olunmuş layihə də daxil olmaqla Lənkəran rayonunda 5 layihə icra olunub. Bu layihələrin ümumi məbləği 471,899 ABŞ dolları təşkil edir.


Mərasimdə çıxış edənlər rayonda yerli əhəmiyyətli sosial məsələlərin həllinə göstərdiyi dəstəyə görə Yaponiya hökumətinə minnətdarlıqlarını çatdırıblar.

 


Ağaddin BABAYEV, Lənkəran
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !