LƏNKƏRANDA YARIM İLİN YEKUNLARI MÜZAKİRƏ EDİLİB - + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran )

LƏNKƏRANDA YARIM İLİN YEKUNLARI MÜZAKİRƏ EDİLİB + FOTO ( AZpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Avqustun 2-də Heydər Əliyev Mərkəzində Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda 2017-ci ilin 6 ayı ərzində Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin cari ilin birinci yarısının yekunlarına həsr olunmuş iclasındakı çıxışından irəli gələn vəzifələr müzakirə edilib.
İclasa sədrlik edən Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının giriş və yekun nitqlərindən irəli gələn mühüm məsələlərdən danışıb.
T.Qaraşov bildirib ki, 2017-ci ilin ilk yarısı da əvvəlki illərdə olduğu kimi, mühüm uğurlarla başa çatıb. Birinci yarımildə sosial-iqtisadi həyatın bütün sahələrində rəvan inkişaf davam etməklə, nəzərdə tutulan proqram və layihələrin təqvim planına tam uyğun icrası təmin edilib. Həyata keçirilmiş tədbirlər nəticəsində bu dövrdə makro-iqtisadi vəziyyət sabit olub, 6 ay ərzində 101 min daimi iş yeri açılıb.
Azərbaycanın əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri kimi İslam aləmində çox böyük hörmətə malik olan ölkə olduğunu xüsusi vurğulayan icra başçısı Bakıda IV İslam Həmrəyliy oyunlarının muvəffəqiyətlə keçirildiyini, bu oyunlarda Azərbaycanın parlaq qələbə qazandığını və komanda hesabında birinci yeri tutduğunu diqqətə çatdırıb. T.Qaraşov IV İslam Həmrəyliyi oyunlarında Azərbaycan yığma komandasının tərkibində Lənkəranı təmsil edən idmançıların da yüksək nəticələr göstərərək 2 qızıl və 2 bürünc medal qazanmaları bütün rayon əhalisi tərəfindən böyük sevinclə qarşılandığnı bildirib.
İcra başçısı həmçinin ilin 6 ayı ərzində Lənkəran rayonunun sosial-iqtisadi sahələrində qazanılmış uğurlardan danışıb, həlli vacib məsələləri bir daha diqqətə çatdırıb.
Ötən 6 ay ərzində rayonun ictimai-siyasi və mədəni həyatında da bir sıra mühüm tədbirlərin, o cümlədən aprel ayında “XX əsrdə Türk-Müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda IV Beynəlxalq Elmi Konfransın, “İslam Həmrəyliyinin təbliği və təşviqində medianın rolu” mövzusunda regional konfransın, may ayında “Radikalizm və ekstrizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları” mövzusunda regional seminarın,
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, təşkilatın üzv dövlətləri və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ilk dəfə olaraq “Avropa Günü”nün (Şuman günü) keçirildiyini yada salan T.Qaraşov Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 7 iyun 2017-cı il tarixli Sərəncamı ilə Lənkəran şəhərində qəzalı vəziyyətdə olan 13 çoxmənzilli binada əsaslı təmir və bərpa işlərinin həyata keçirilməsi üçün 7.5 milyon manat vəsait ayırmasını hesabat dövrünün ən mühüm hadisəsi kimi dəyərləndirib. Onun sözlərinə görə, lənkəranlıların dərin minnətdarlıq hissi ilə qarşıladığı bu sərəncamla uzun illər qəzalı vəziyyətdə olan binalarda, təhlükəli şəraitdə yaşayan ailələrin narahatçılıgına son qoyulub. Hazırda bu binalarda bərkitmə-gücləndirmə işlərinin başlanması üçün layihı-smeta sənədləri hazırlanır.
Son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Lənkərana davamlı diqqəti və qayğısı nəticəsində rayonun sosial-iqtisadi və mədəni inkişafı sahəsində əsaslı dönüş yarandığını bildirən icra başçısı hazırda bütün sahələrdə genişmiqyaslı abadlıq və quruculuq işlərinin həyata keçirildiyini, iri həcimli investisiya layihələrinin icra edildiyini və yeni layihələrin icrasına başlanıldığını diqqətə çatdırıb.
Sonra məruzə üçün söz ŞİH başçısının müаvini – Sosial-iqtisadi inkişаfın тəhlili və prоqnоzlаşdırılmаsı şöbəsinin müdiri Xalid Rəhimоvа verilib. Məruzəçi 2017-ci ilin 6 ayı ərzində Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş hesabat məruzəsi ilə çıxış edib.
X. Rəhimоv bildirib ki, ölkə iqtisadiyyatında davam etmiş yüksəliş Lənkəran rayonunun da sosial-iqtisadi tərəqqisinə müsbət təsir göstərib və rayonda bütün sahələr üzrə artım əldə olunub.
Məruzə ətrafında Rayon Kənd Təsərüfatı idarəsinin rəisi Tofiq Rzayev, Rayon Maliyyə idarəsinin müdiri İqbal Rəcəbov, Yuxarı Xanbulançay Hidroqovşağı idarəsinin rəisi Allahyar Salayev və Lənkəran Su-Kanal İdarəsinin rəisi Rövşən Təhməzov çıxış edərək cari ilin 6 ayında görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məlumat veriblər.
Şura iclasını ŞİH-nin başçısı Taleh Qaraşov yekunlaşdıraraq növbəti yarım ildə qarşıda duran vəzifələri uğurla icra etməkdən və mövcud problem və nöqsanları aradan qaldırmaqdan ötrü idarə, müəssisə və təşkilat rəhbərlərinə konkret tapşırıqlarını verib.
Şura iclasında müzakirə olunan məsələ ilə əlaqədar qərar qəbul edilib.

 

 

Ağaddin BABAYEV, Lənkəran

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !