ADU-nun əməkdaşları İtaliyada təcrübə keçib - + FOTO

ADU-nun əməkdaşları İtaliyada təcrübə keçib + FOTO

Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə fakültəsinin italyan dili üzrə baş müəllimləri Günel Bayramova, Aydan Əliyeva və Dilşad Pənahova müəllimləri təkmilləşdirmə kursunda iştirak etmək məqsədi ilə İtaliyanın Peruca şəhərinə ezam ediliblər.
İtaliyanın ən qədim universitetlərindən olan Peruca Əcnəbilər Universitetinin ən son pedaqoji yenilikləri ilə tanış olan ADU müəllimləri kursu müvəffəqiyyətlə başa vuraraq, çoxsaylı təcrübələr keçib və bilik mübadiləsi aparıblar.
Onlar İtaliyanın məşhur tərcümə institutu olan “Civica Scuola İnterpreti e Traduttori Altiero Spinelli”nin professoru, Tərcümə fakültəsinin koordinatoru, tərcüməşünas, yazıçı, professor Bruno Osimo və Beynəlxalq əlaqələr şöbəsinin və Magistr-tərcümə fakültəsinin koordinatoru Fabrizia Parini ilə görüşüblər. Qeyd edək ki, adıçəkilən təhsil müəssisəsi ilə elmi müstəvidə əməkdaşlıq cari ilin may ayında G.Bayramovanın təşəbbüsü ilə ilk video-konfrans təcrübəsi nəticəsində baş tutub.
Əməkdaşlıq çərçvəsində Milan Tərcümə İnstitutunda olan müəllimlərimiz İtaliya və Azərbaycan arasında müəllim-tələbə mübadiləsini artırmaq, universitetlərarası elmi əməkdaşlığı fəallaşdırmaq və müvafiq institutların təcrübələrindən qarşılıqlı şəkildə bəhrələnmək istiqamətində bir sıra səmərəli görüşlər keçiriblər.
Beynəlxalq əlaqələr şöbəsinin koordinatoru Fabrizia Parini video-konfrans təcrübəsinin təqdirəlayiq hal olduğunu vurğulayıb, belə konfransların gələcəkdə müxtəlif proqramlar çərçivəsində istifadəsinin vacibliyi və müsbət nəticələrindən bəhs edib.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !