Gündə 3 fincan qəhvə "ömrü uzada bilər" - + FOTO

Gündə 3 fincan qəhvə "ömrü uzada bilər" + FOTO

    Fotonun müəllifi: GETTY IMAGES 


Gün ərzində təqribən 3 fincan qəhvə icənlərin qəhvə içməyənlərdən daha çox yaşamaq şansları vardır, alimlər müəyyən ediblər.


Böyük Britaniyanın Xərçəngin Araşdırılması Agentliyi və İmperial College London tərəfindən həyata keçirilən tədqiqata əsasən qəhvədən mütəmadi istifadə bir sıra xəstəliklərdən ölüm riskini azaldır.
Alimlər iddia edirlər ki, qəhvədən istifadə ilə qan dövranı və həzm orqanları xəstəlikləri arasında birbaşa əlaqə var.


Bu tədqiqat bu sahədə keçirilən ən böyük araşdırma hesab olunur.


Tədqiqat 10 Avropa ölkəsində, yaşı 35-dən yuxarı olan 500 min insanl əhatə edir. Onlarla bağlı araşdırma 16 il ərzində aparılıb. Tədqiatın nəticələri Annals of İnternal Medicine jurnalında dərc olunub.
""Biz müəyyən etdik ki, qəhvədən istifadə, xüsusilə qan dövranı və həzm orqanları xəstəlikləri zamanı ölüm riskini azaldır", - deyə tədqiqatçılardan biri Mark Gunter bildirib.


İstənilən qəhvə faydalıdırmı?


Alimlər qeyd edirlər ki, baxmayaraq ki, Avropa ölkələrində qəhvənin hazırlanması və istifadə olunma ənənəsi müxtəlifdir, nəticələr bütün regionlarda faktiki olaraq eyni alınıb.


Bu isə o deməkdir ki, espresso və cappuccino-nu eyni cürə faydalı hesab etmək olar.
"Bizim tədqiqat qəhvənin sağlamlığa müsbət təsir göstərməsi mexanizmi barədə əhəmiyyətli məlumat verir ", - deyə alim qeyd edir.


Alimlərin fikrincə, bu effekti qəhvənin tərkibində olan kofein vermir. Tədqiqat onu göstərib ki, səhhətin yaxşılaşmasıyla kofeinsiz qəhvə içmək vərdişi arasında asılılıq yoxdur. Adi qəhvə ilə kofeinsiz qəhvə içənlərin nəticələri eyni olub.

 

Fotonun müəllifiREUTERS


Məlum olub ki, kim ki, çoxlu qəhvə içməyə alışıb, onlar özlərini daha gənc hiss ediblər və bir qayda olaraq bu insanlar spirtli içki, siqaret həvəskarı olublar. Onların daha çox ət yedikləri, meyvə və tərəvəzdən az istifadə etdikləri məlum olub.


Məsələ kofeində deyil


Tədqiqatçıların təxminlərinə görə, hər şey qəhvənin tərkibində olan antioksidantlardan asılıdır.
Məlum olub ki, kim ki, çoxlu qəhvə içməyə alışıb, onlar özlərini daha gənc hiss ediblər və bir qayda olaraq bu insanlar spirtli içki, siqaret həvəskarı olublar.


Onların həmçinin daha çox ət yedikləri və daha az meyvə yedikləri məlum olub. Tədqiqatda iştirak edənlərdən 16 il ərzində 42 min nəfəri vəfat edib.


Onlar müxtəlif xəstəliklərdən, o cümlədən xərçəngdən, qan dövranı xəstəliklərindən və ürək tutmasından vəfat ediblər.


Daha bir tədqiqat


Buna bənzər araşdirma Cənubi California Universistetinin alimləri tərəfindən aparılıb. Bu araşdırmanın nəticələri də Annals of İnternal Medicine jurnalında dərc olunub.


Bu tədqiqatda isə müxtəlif etniki mənşəli 185 nəfər iştirak edib.


İştirakçılar arasında latın amerikalılar, afrikalı amerikalılar, ABŞ-da yaşayan yaponlar və avropalılar iştirak edib. ABŞ-dan olan alimlərin apardığı tədqiqatın nəticələri britaniyalı həmkarlarının nəticləri ilə eyni olub.


Bu tədqiqatın nəticələrinə görə, gün ərzində bir fincan qəhvə içən insanın iflic, xərçəng, ürək-damar xəstəlikləri, tənəffüs orqanları xəstəliklərindən ölmə riski 12 faiz aşağı olub.


Gün ərzində iki və ya 3 fincan qəhvə icənlərin ölüm riski isə 18 faiz aşağı düşüb.

 

Fotonun müəllifi:  EPA
 


Alimlər deyirlər ki, espresso və cappuccino-nu eyni cürə faydalı hesab etmək olar 

 

 

BBC AZƏRBAYCAN

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !