ADU-da V Beynəlxalq multikulturalizm yay məktəbinin çinli iştirakçısı ilə görüş keçirilib - + FOTO

ADU-da V Beynəlxalq multikulturalizm yay məktəbinin çinli iştirakçısı ilə görüş keçirilib + FOTO

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun əməkdaşları ilə “Mədəniyyətlərarası dialoq dini və mədəni müxtəliflik kontekstində-Azərbaycanda dinlərarası harmoniya” adlı V Beynəlxalq multikulturalizm yay məktəbinin iştirakçısı, Çin Xalq Respublikasının xüsusi statuslu bölgəsi Honkonqdan olan Lü Meyi arasında görüş keçirilib.

 

Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov ADU-da Çinşünaslıq ixtisası üzrə təhsilin və elmin uğurlu inkişafı, Çinin “Bir kəmər, bir yol” qlobal layihəsi çərçivəsində tarixi İpək Yolunun dirçəlməsi üzrə aparılan tədqiqatlar, rəhbərlik etdiyi qurumun tədris və ictimai təbliğatı barədə qonağa ətraflı məlumat verib. R.Abbasov əsası Azərbaycanın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən multikulturalizm siyasətinin ölkəmizi dünyada multikultural mərkəzlərdən biri kimi tanıtdığını diqqətə çatdırıb.

 

Lü Meyi qeyd edib ki, Azərbaycan kimi polietnik mühitdə cərəyan edən ideoloji prosesləri anlamaqda Azərbaycanın təcrübəsi gənclərə kömək edir. O, bildirib ki, Azərbaycan xalqı əsrlərdir mövcudluğunu sürdürən, etnik, dini fərqliliyə bəslədiyi şəfqət, sevgi və qayğıya görə nadir multikulturalizm modeli ilə ehtirama layiqdir. 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !