Məzahir Süleymanzadə : - "Bizim Cəfər Əfəndi"

Məzahir Süleymanzadə : "Bizim Cəfər Əfəndi"

 Adam var, onu tanımaq üçün illər gərəkdir. Adam da var ki, görüşürsən, ünsiyyətdə olursan, gözlərindən qəlbini oxuyursan, çöhrənə təbəssüm qonur, sevinirsən. Öz-özünə düşünürsən ki, axı, mən onunla təzəcə tanış olmuşam, bu inam, bu məhəbbət hissi, bu bağlılıq hardan yarandı belə?
Cəfər Əzizoğlu ilə ilk görüşümüzdən heç bir il keçməyib. Amma mənə elə gəlir ki, biz uzun illərin dostuyuq. Çörək kəsmişik, yol getmişik, nəvə fərəhi yaşamışıq, övlad sevinci bölüşmüşük...Əbülfət Novruzun uzun illərdən sonra Vətənə qayıtması, Etibar Etibarlının evində ziyarət olunması, Məmməd Qədirin, Etibar Qəribin şeirlərinin işığına toplaşmağımız, Rafiq Nadirovun, Nurulla Əliyevin, Hafiz Rüstəmin söhbətlərini doya-doya dinləməyimiz, Fazil Güneyin "Qara qan" trilogiyasının çapı ilə əlaqədar birgə yaradıcılıq işimiz, adını eşidib üzünü görmədiyimiz sadə kənd qızının - Turac Hilalın uğuruna sevinməyimiz...bizi daha da yaxınlaşdırıb. Bir gün onun səsini eşitməyəndə, üzünü görməyəndə elə bilirəm nəsə çatışmır, işlərim düz gətirmir. Cəfər Əfəndi tanınmış naşirdir, öz işinin peşəkarıdır. Özü də çap etdiyi bütün kitabları oxuyur, müəlliflərə tövsiyələr verir, asan qazanc dalınca qaçmır. Kitab Cəfər Əfəndi üçün təkcə çap məhsulu deyil, mənəvi sərvətdir.
Nizami, Xaqani, Füzuli, Seyid Əzim, Sabir, Aşıq Ələskər öz yerində, Cəfər Əfəndi müasir şairlərimizin də şeirlərini əzbər bilir, onların çoxu ilə dostluq əlaqəsi saxlayır. İftixar hissi keçirirəm ki, dostumuzun hörmət və ehtiramla yanaşdığı qələm adamlarından biri də mənəm.
Cəfər Əfəndinin ad günüdür. Ən böyük hədiyyəni ona Allah bəxş edib, yeni nəvə göndərib. Biz də Cəfər Əfəndinin sevincinə qoşulur, onu ürəkdən təbrik edir, övlad sevinci, nəvə fərəhi, yaradığıclıq uğurları arzulayırıq!

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !