ADAU-nun Almaniya universitetləri ilə əlaqələri genişlənir - + FOTO

ADAU-nun Almaniya universitetləri ilə əlaqələri genişlənir + FOTO

Dünyanın 20 ölkəsinin 50-dən artıq universiteti ilə əməkdaşlıq edən Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) geniş ikitərəfli əməkdaşlığa malik olduğu ölkələrdən biri də Almaniyadır. Hər il onlarla tələbə, professor- heyəti təhsil almaq, təcrübə keçmək, bilik və bacarıqlarını artırmaq məqsədi ilə Almaniyaya Federativ Respublikasının müvafiq ali təhsil və elmi-tədqiqat müəssisələrinə göndərilir. Ümumilikdə ADAU-nun Almaniyanın aqrar sahə üzrə kadr hazırlığı ilə məşğul olan 10-a yaxın ali təhsil müəssisəsi ilə geniş ikitərəfli əlaqələri mövcuddur. Bu universitetlərdən Münhen Texniki Universitetini (Technische Universität München), Vaynştefan Trizdorf Tətbiqi Elmlər Universitetini (Hochschule Weihenstephan Triesdorf), Gottingen Universiteti (Georg August Universität Göttingen), Giessen Universiteti (Justus-Liebig-Universität Gießen), Qrayfsvald Universiteti (Universität Greifswald) və digərləridir.
Bundan başqa, tələbələrin praktiki bilik və bacarıqlarının artırılması məqsədi ilə ADAU Almaniyanın bir neçə təcrübə təşkilatları ilə əməkdaşlıq edir. Bunlara DEULA, LOGO, PRAXX, Getec-Solutions, Apollo və Intership International təşkilatları daxildir.
Almaniyanın ən böyük təqaüd təşkilatı olan DAAD (Alman Akademik Mübadilə xidməti) ilə də əlaqələrin genişləndirilməsi istiqamətində bir çox işlər görülür, o cümlədən tələbələrin yay dil kurslarında iştirakının təmin olunması üçün köməkliklər göstərilir.
ADAU alman universitetləri ilə birgə tədqiqat layihələri də həyata keçirir. Bu layihələrə misal olaraq Grayfsvald Universiteti ilə birgə reallaşdırılan və hazırda davam edən "Qafqazda Azərbaycan və Gürcüstanda yay-qış otlaqlarının idarə edilməsi" mövzusunda tədqiqat layihəsini göstərmək olar.
Yalnız cari ildə, 1 yanvar 2017-ci il tarixindən bu günədək ADAU-dan 19 nəfər, o cümlədən 9 tələbə müxtəlif fermer təsərrüfatlarında təcrübə keçməyə, 1 tələbə yay dil kursunda iştirak etməyə, 5 tələbə magistr təhsili almağa, 2 müəllim tədqiqat işi aparmağa və 2 müəllim isə əlaqələrin genişləndirilməsi və tələbələrimizin mövcud vəziyyəti ilə tanışlıq məqsədi ilə Almaniyaya göndərilmişdir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !