"Ailə akademiyası layihəsinin yay məktəbi - Qubada keçirilib - + VİDEO

"Ailə akademiyası” layihəsinin yay məktəbi - Qubada keçirilib + VİDEO

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı Proqram ofisinin (TİKA’nın) “Ailə dəyərlərinin inkişafı” layihəsi çərçivəsində “Aydınlığa doğru” milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyinin “Ailə akademiyası” layihəsinin yay məktəbi 1-5 iyul tarixlərində Azərbaycanın şəfalı guşələrindən birdə - Qubada keçirilib. Bakının Binəqədi rayonunun 31 məktəbindən 300-ə yaxın yuxarı sinif şagirdi, valideyn və müəllimlərin iştirak etdikləri yay məktəbi pedaqoq və psixoloqların çox maraqlı proqramı əsasındatəşkiledilib. Hər gün saat 07:00-daBakıdan çıxan rahat avtobus vasitəsi ilə 10:00-da yay məktəbi iştirakçıları “Qırmızı Qərənfil” istirahət mərkəzinə gətirilib. Burada həm valideynlərə, həm də məktəblilərə ailə dəyərlərinə yönələn təlimlər, oyunlar, tok-şoular keçirildi, qaliblər mükafatlandırıldılar. Günün sonunda şagirdlərin hər birinə sertifikatlar təqdim olundu. Saat 19:00-da Bakıya qayıdan şagirdlər, valideynlər, müəllimlər yay məktəbindən dərin təəssüratlarla qayıtdıqlarını dönə-dönə məktəbin təşkilatçılarına, xüsusilə də bu işə dəstəyini əsirgəməyən Təhsil Nazirliyinə və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı Proqram ofisinə dərin təşəkkürlərini bildirir və gələcəkdə “Ailə akademiyası” layihəsinin fəal iştirakçıları olmaq istədiklərini söylədilər.


Yay məktəbi işinin işıqlandırılması məqsədilə “Aydınlığa doğru” milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyinin nəzdində fəaliyyət göstərən ADTV online televiziyasının əməkdaşları bu işə qoşuldular. Bu günlərdə baş tutan hər bir maraqlı görüş və söhbətlər ADTV-nin verlişlərində öz əksini tapacaq.


 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !