Məzahir Süleymanzadə: - "Mən necə sevinməyim ki..."

Məzahir Süleymanzadə: "Mən necə sevinməyim ki..."

Eyni zamanda həm sevinmək, həm də üzülmək adamda qəribə hisslər yaradır. Paxıllıq hissindən uzaq, hər yerdə ədalət, işıq axtaran adamlar xoş niyəti alqışlamağı, dost uğuruna sevinməyi də bacarırlar. Mən necə sevinməyim ki, iki tələbə yoldaşım - Flora Sadıqova və Tofiq Yusifov yeni mənzil alanlar sırasında oldular? Necə sevinməyim ki, "Səhər" qəzetində müavinlərim olmuş Şakir Yaqubov və Hidayət Elvüsal haqq elədikləri prezident hədiyyəsinə qovuşdular? "Səhər" qəzetinin əməkdaşları olmuş İmran Bədirxanlının, Səriyyə Müslümqızının, Seymur Elsevərin adlarının mənzil alanlar siyahısında olması onların keçmiş redaktorunu necə sevindirməyə bilər? Tələbəlik illərindən ustadım olan Oqtay Bayramovun, Azərbaycan radiosunun məşhur "Bulaq" verilişini hazırlayarkən əməkdaşlıq etdiyim İntiqam Mehdizadənin, həmişə adlarını hörmətlə çəkdiyim Eldost Bayramın,Telli Pənahqızının, Bəxtiyar Qaracanın, Akif Cabbarovun, Müsəllim Həsənovun, Məsaim Abdullayevin, "Azərbaycan" qəzetində birgə çalışdığım Amil Novruzovun, İxtiyar Hüseynlinin, Aprel şəhidləri ilə ölüb-dirilən Aidə Eyvazlının, gənc ikən idman jurnalistlərinin ağsaqqalına çevrilən Mahir Rüstəmlinin, gələcəklərinə böyük ümid bəslədiyim, oxumaqdan, öyrənməkdən yorulmayan gənc həmkarlarım Samir Mustafayevin, Əvəz Rüstəmovun, İradə Sarıyevanın yeni mənzil sevincinə qoşulmaya bilərəmmi? Əlbəttə, hamının adını çəkmək mümkün deyil, amma heç kəs mənim xoş niyətimə, sevincimə şübhə ilə yanaşmasın... O ki, qaldı üzülməyimə, bu məsələdə mənzil alan 255 nəfərin heç birinin günahı yoxdur. Ədalət prinsipini pozanlar, möhtərəm Prezidentimizin xoş niyətinə, savab işinə kölgə salanlar mənzil alanlar yox, mənzil verənlərdir. Onların vicdan və ədalət tərəzilərində mətbuatımızın siması hesab olunan şəxslər indiyədək mənzil sevinci yaşayan 411 jurnalistdən yüngül gəliblərsə, bunun səbəbini hamı axtarmalıdır...Bizi "narazılar" siyahısına salmayın, bizə "naşükürlər" damğası vurmayın. Bizə layiq olduğumuz münasibəti göstərin...Keçdiyimiz yolun bircə metrini ayaqyalın gedin, nələr çəkdiyimizi özünüz görəcəksiniz!.. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !