Azərbaycan Könüllülük Xidməti çərçivəsində yenidən Mübadilə Proqramına start verilir. -

“Azərbaycan Könüllülük Xidməti” çərçivəsində yenidən Mübadilə Proqramına start verilir.

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilən “Azərbaycan Könüllülük Xidməti” çərçivəsində Mübadilə Proqramına start verilir.



“Azərbaycan Könüllülük Xidməti” çərçivəsində mübadilənin keçirilmə məqsədi gənclər arasında könüllülüyün təbliği, onların könüllülük fəaliyyətinə həvəsləndirilməsi və onlar arasında könüllülük fəlsəfəsinin inkişafına təkan verilməsidir.



Mübadilə Proqramı Quba, Gəncə, Lənkaran, Mingəçevir və Balakən olmaqla 5 müxtəlif regionda 5 fəal gəncin iştirakı ilə 1 ay müddətində həyata keçiriləcəkdir. Gənclər 1 ay müddətində digər regiona səyahət edib orada yerləşən Gənclər Evində fəaliyyət göstərəcəklər. Könüllülük sahəsində təcrübə qazanmaq, bacarıqlarını inkişaf etdirmək, səmərəli vaxt keçirtmək və müxtəlif mühitdə çalışmaq imkanı əldə edəcəklər.



Qeyd edək ki, Mübadilə Proqramına qeydiyyat başa çatıb və seçim mərhələsinə start verilib. Seçim mərhələsində uğurla keçən 5 gənc proqramda iştirak hüququ qazanacaqlar. Proqram haqqında ətraflı məlumat əldə etmək üçün www.akx.nayora.az ünvanına daxil ola bilərsiniz.



Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov qeyd edib: “Milli Şura tərəfindən Mübadilə proqramına artiq ikinci dəfə start verilir. Mübadilə muddətində regionlarda gənc könüllülərin mübadiləsini təşkil etməklə, könüllülər, Gənclər Evləri, təşkilatlar, dövlət qurumları və digər qurumlar arasında körpülərin genişləndirilməsinə imkan yaradılacaq. Mübadilə zamanı Gənclər evlərinin könüllülərlə əməkdaşlıq imkanlarını genişləndirəcək, könüllülərin mübadilə çərçivəsində şəxsi və peşəkar inkişafı təmin olunacaqdir. Düşünürəm ki, bu proqram gənclərimizin müxtəlif region gəncləri ilə əməkdaşlıgının qurulmasında və inkişafında mühüm rol oynayacaqdır".



Məlumat üçün bildirək ki, “Azərbaycan Könüllülük Xidməti” Avropa Könüllülük Xidmətinin (European Voluntary Service) Azərbaycan modelidir və ARGTMŞ tərəfindən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 2013-cü ildə yaradılıb. Proqramın məqsədi gənclər arasında könüllülüyün təbliği və onları könüllü fəaliyyətə həvəsləndirməklə Azərbaycanda könüllülük fəlsəfəsinin inkişafına təkan vermək, qeyri-maddi motivasiya əsasında region gənclərinin könüllülük fəaliyyətinə cəlb edilməsi, regionlarda yerləşən Gənclər Evlərində Könüllülərin fəaliyyətlərinin genişləndirilməsidir. 2013-cü ildə Milli Şura Proqram çərçivəsində 10 gənclər təşkilatlanı Milli Akreditasiya Sertifikatı ilə təmin edib. Həyata keçirilən proqramın ilkin hissəsi Quba, Gəncə, Lənkəran, Mingəçevir və Balakən şəhərlərində yaşayan 18-29 yaşlı gəncləri əhatə edecekdirvə proqram nəticəsində könüllülərarası şəbəkə yaradılmışdır. 2014-cü ildə Balakən, Goranboy, Göygöl, Şəmkir, Tərtər, Yevlax, Zərdab, Sabirabad, Mingəçevir, Qusar, Quba, Lənkəran və Bakı şəhərindən Suraxanı, Sabunçu və Xəzər rayonlarında yerləşən Gənclər Evi və Mərkəzlərindən 15 qrup rəhbəri və 20 könüllü seçilərək Proqramda iştirak etmişdir. Bu gənclər arasında “Azərbaycan Könüllülük Xidməti” Proqramı tərəfindən 2014-cü il üzrə ilk dəfə olaraq “İlin Könüllüsü” nominasiyası üzrə mükafatlandırma mərasimi həyata keçirilib. Mükafatın sahibi proqramın Koordinasiya Şurasının qərarı əsasında seçilib.

 


 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !