Çinli şagirdlər ADU-da olmaqdan məmnundurlar - Dillər Universitetində tələbə və müəllimlərlə ünsiyyət qurmaq çox maraqlıdır +FOTO

Çinli şagirdlər ADU-da olmaqdan məmnundurlar “Dillər Universitetində tələbə və müəllimlərlə ünsiyyət qurmaq çox maraqlıdır” +FOTO

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdindəki Konfutsi İnstitutunun təşkilatçılığı ilə fəaliyyət göstərənAzərbaycan-Çin linqvokulturoloji düşərgəsinin iştirakçıları ölkəmizdə olmaqdan məmnundurlar. ADU-da Yay məktəbinin iştirakçısı olançinlişagirdlər universitetin Çin dili üzrə təhsil alan tələbələrinə Çin dilini tədris etməklə yanaşı, ölkələrinin tarix və mədəniyyətini, kulinariyasını da təbliğ edirlər.


ADU-da olmaqdan xeyli məmnun olduğunu bildirən Yay məktəbinin iştirakçısı Ye Zipeng tələbələrlə ünsiyyət qurmağın onun üçün maraqlı olduğunu deyib: “Dillər Universitetində tələbə və müəllimlərlə həm Çin, həm də Azərbaycan dilində ünsiyyət qurmaq mənə çox maraqlıdır, eyni zamanda tələbələrə Çin mədəniyyətini təbliğ etmək də çox gözəl təsir bağışlayır.” Çin dilini tədris edən müəllim Ji Hua isə Çin dilini daha səmərəli şəkildə öyrənmək baxımdanADU-da fəaliyyət göstərən Konfutsi İnstitutunun əhəmiyyətini vurğulayıb: “ADU-da təhsil alan tələbələr Çin dilini, mədəniyyətini və tarixini bizim vasitəmizlə əyani surətdə öyrənmək imkanı əldə ediblər. Mən onlara Çin tarixini öyrətməkdən məmnunam, çünki tariximizi bilmək hamımızın borcudur. Tarixi məkanlara xüsusi marağım olduğu üçün öncə Azərbaycanın tarixi məkanlarını gəzmək istəyirəm ”.


“Tələbələrə Çin oyunları, musiqi sənəti və rəssamları haqqında məlumat vermək mənim üçün maraqlıdır. Çin musiqisinin nümunələrini tələbələrlə birgə ifa etməyi daha çox sevirəm”. Bunu isəLi Yufe bildirib. O, ADU-da yeni dostlar qazandığıüçün şad olduğunu deyib.


ADU mühitinin hələ uzun müddət xatirələrində iz qoyacağını bildirən çinli şagirdlər Azərbaycan mətbəxinin təamlarını dadmaq fürsəti əldə etdiklərini, Qız qalası, İçərişəhər və digər tarixi abidələri ziyarət etməklə Çin və Azərbaycan arasında oxşar və fərqli cəhətləri tapmağa çalışdıqlarını sözlərinə əlavə ediblər.


ADU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov Yay düşərgəsinin ADU-da ənənəvi olaraq təşkil olunduğunu bildirib. O, Azərbaycan və Çin arasında qədim zamanlardan bu yana Böyük İpək yolu vasitəsilə tarixi və mədəni əlaqələrin mövcud olduğunu qeyd edib: “Yay məktəbi təkcətələbələrə Çin dilini öyrətməkdeyil, həm dəçinli şagirdlərin ADU-da yeni dostlar qazanıb Azərbaycanı daha yaxından tanımaları məqsədini daşıyır.Onlar ölkəmizin tolerant və multikultural dəyərlərə sahib olduğunun şahidi olurlar və öz ölkələrinə qayıdanda Azərbaycanı bu yöndə təbliğ edəcəklər”.

 


 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !