Gəncə şəhərində QHT-lər üçün hüquq və maliyyə sahəsində məsləhət xidmətləri təşkil edilmişdir - + FOTO

“Gəncə şəhərində QHT-lər üçün hüquq və maliyyə sahəsində məsləhət xidmətləri təşkil edilmişdir” + FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənc Mühasiblər” İctimai Birliyi “QHT-lərin hüquqi və maliyyə biliklərinin artırılması” adlı layihə çərçivəsində sonuncu məsləhət-xidmətlərini keçirib.


Layihənin məqsədi vətəndaş cəmiyyəti sektorunun əsas subyekti olan QHT-lərin dövlət qurumları ilə münasibətlərinin yaxşılaşmasına şəraitin yaradılması, bilik bacarıqlarının yeni qaydalara və yeni qanunlara uyğunlaşdırılmasına dəstək verməkdir.


Layihə çərçivəsində “QHT-lərin hüquqi və maliyyə biliklərinin artırılması” mövzusunda yekun olaraq məsləhət-xidmətləri Gəncə şəhərində 3 gün olmaqla təşkil edilmişdir. Təlimdə ilk öncə layihə rəhbəri Solmaz Əliyeva çıxış edərək layihənin məqsədi, keçirilmə səbəbi barədə iştirakçılara ətraflı məlumat vermişdir. Daha sonra QHT sədrləri, mühasibləri və nümayəndələri üçün hüquqi və maliyyə sahəsində məsləhət-xidmətləri ekspertlər Cavid Əliyev və Pərviz Məmmədov tərəfindən aparılmış və iştirakçıları maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılmışdır.


Məlumat üçün bildirək ki, layihə bitdikdən sonra da, ekspertlər audiyyatı qurumlardan yoxlamalar zamanı hüquqi və maliyyə sənədlərinin qaydada olması üçün QHT-lərə köməklik göstərəcəkdir.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !