Gənclər Təşkilatları İdarəetmə Akademiyası proqramı çərçivəsində növbəti təlim baş tutub. - + FOTO

“Gənclər Təşkilatları İdarəetmə Akademiyası” proqramı çərçivəsində növbəti təlim baş tutub. + FOTO

Gənclər və İdman Nazirliyi və Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilən “Gənclər Təşkilatlarının İdarəetmə Akademiyası” (QİDA) proqramı çərçivəsində Azərbaycan Respublikası Mərkəzi Bankında “Pul siyasəti” mövzusunda təlim keçirilib.



Sözügedən təlimdə Mərkəzi Bankın Pul siyasəti departamenti tərəfindən Milli Şuraya üzv olan gənclər təşkilatlarının nümayəndələri və fəal gənclərə ölkədəki pul dövriyyəsi, valyuta məzənnəsi, pul kütləsi və faiz dərəcələrini tənzimlənilməsi haqqında ətraflı məlumat verilib. Eyni zamanda, mövzu üzrə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.



"Gənc Mühasiblər" Birliyinin üzvü Könül Məmmədova təlim barədə fikirlərini bölüşüb: “Təlimin gedişatını bəyəndim. Təlimçi prosesi iştirakçılar üçün aydın və geniş şəkildə izah edirdi. Düşünürəm ki, bu istiqamətdə olan təlimlərdə növbəti səfərdə iştirak edəcəm”



Məlumat üçün qeyd edək ki, Milli Şura tərəfindən həyata keçirilən “Gənclər Təşkilatlarının İdarəetmə Akademiyası” proqramı çərçivəsində Azərbaycan Respublikası Mərkəzi Bankın dəstəyi ilə gənclər təşkilatları üçün müxtəlif mövzular üzrə silsilə təlimlər davam etməkdədir.



Xatırladaq ki, “Gənclər Təşkilatları İdarəetmə Akademiyası” (QİDA) çərçivəsində həyata keçirilən təlim kurslarının əsas məqsədi QHT sahəsinin həm praktiki, həm də nəzəri inkişafına nail olmaq, gənclər təşkilatlarının strateji inkişafının təmin edilməsi və təlim alətlərinin reallaşması nəticəsində gənclər təşkilatlarının potensialının artırılmasıdır. Bu günə qədər 83 gənclər təşkilatından 640 iştirakçı QİDA proqramı çərçivəsində 63 ayrı təlimdə iştirak edib.

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !