Mövzu: - Bank BTB ASC Big four a daxil olan şirkətin auditini uğurla keçdi

Mövzu: Bank “BTB” ASC “Big four”a daxil olan şirkətin auditini uğurla keçdi

Bank “BTB” ASC illik audit hesabatını açıqlayıb. 2016-cı il üzrə bankın fəaliyyəti və maliyyə vəziyyətinin daha mütərəqqi şəkildə audit olunması məqsədi ilə ən nüfuzlu 4 beynəlxalq audit şirkətindən biri olan “KPMG Azerbaijan Ltd” şirkəti cəlb edilmişdir.


KPMG-nin rəyinə əsasən Bankın maliyyə hesabatlığı beynəlxalq standartlara uyğun olaraq aparılmışdır. Bankın fəaliyyəti stabildir, kapital normalara uyğundur və adekvatlıq əmsalı yüksəkdir. Likvidlik həddi effektiv səviyyədə saxlanılıb. Müsbət tendesiya kimi 2017-ci ilin əvvəlində müddəti bitmiş əmanətlərin əksəriyyətinin vaxtının uzadılması göstərilib. Bu da əmanətçilərin banka olan inamının göstəricisidir. Qeyri-faiz əməliyyat gəlirləri istiqamətlərində artımın olduğu göstərilib. Belə ki, komissiya gəlirləri 2015-ci il ilə müqayisədə əhəmiyyətli dərəcədə artıb.


Audit rəyi ilə bankın korporativ saytında tanış olmaq olar.


Qeyd edək ki, hal hazırda Bank BTB 10 filial, 7 şöbə və Baş ofisin nəzdində fəaliyyət göstərən Müştəri Xidməti Departamenti ilə təmsil olunur.

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !