AMEA Naxçıvan Bölməsinin Elektron Kitabxanasında yeni nəşrlərin təqdimatı olub -

AMEA Naxçıvan Bölməsinin Elektron Kitabxanasında yeni nəşrlərin təqdimatı olub

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutununMineral xammalın kimyası və texnologiyası laboratoriyasının böyük elmi işçisi, kimya elmləri üzrə fəlsəfə doktoru, dosent Əhməd Qarayevin “Gümüşlü qurğuşun-sink filizinin kompleks emalının elmi və praktiki əsaslarının işlənməsi” monoqrafiyasının və həmin institutun Sorbsiya prosesləri laboratoriyasının müdiri kimya elmləri üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədovanın “Naxçıvan Muxtar Respublikasının seolitləri, mövcud istifadəsi və perspektivləri” kitabının təqdimat mərasimi keçirilib.
Bölmənin Elektron Kitabxanasının Oxu zalında keçirilən tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov“Naxçıvan Muxtar Respublikasının seolitləri haqqında qiymətli əsər” mövzusunda məruzə ilə çıxış edib.Bildirib ki, Günel Məmmədovanın müəllifi olduğu yeni nəşrdə müasir analiz metodlarından istifadə etməklə muxtar respublikanın təbii mineralı – seolitin termiki davamlılığı, dehidratlaşma xüsusiyyətləri, ion-mübadilə xassələri öyrənilib, seolitlərə xas olan quruluş kəmiyyətləri hesablanıb.
Sonra kimya elmləri doktoru Bayram Rzayev “Gümüşlü qurğuşun-sink filizi haqqında qiymətli əsər” mövzusunda məruzə ilə çıxış edib.Bildirib ki, Əhməd Qarayevin monoqrafiyası Gümüşlü qurğuşun-sink filizindən kollektiv və seçici flotasiya metodu ilə qurğuşun sulfid konsentratının alınmasına, həmçinin bir sıra ikili və üçlü birləşmənin su mühitində sintez şəraitiniöyrənilməsinə, qara qurğuşunun alınmasına və digər məsələlərintədqiqinə həsr olunub.
Tədbirdə Mineral xammalın kimyası və texnologiyası laboratoriyasının müdiri, kimya elmləri üzrə fəlsəfə doktoru, dosent Qorxmaz Hüseynov və kimya üzrə fəlsəfə doktoru, dosentƏhməd Qarayevçıxış edərəkyeni nəşrlərin elmi işçi və ali məktəb tələbələri üçün faydasından danışıblar.
Sonda müəlliflər tədbir iştirakçılarına öz minnətdarlıqlarını bildiriblər.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !