Məzahir Süleymanzadə : - "Bəlkə də..."

Məzahir Süleymanzadə : "Bəlkə də..."

Yenə diri gözlə açdım səhəri,
Yerimdə qıvrıldım, yata bilmədim...
Qəlbimdə pas atmış arzularımın,
Qaçdım arxasınca, çata bilmədim...

 

Atam, Ərəbqədim, anam, Cəmcəmli,
Ağ atım, yəhərim yadıma düşdü...
Gənclik cəsarətim, iti qələmim,
Doğmaca "Səhər"im yadıma düşdü...

 

Baxarsız, yenidən doğacaq Günəş,
Qəlbimə şəfəqlər saçılacaqdır...
Bəlkə də əvvəllər olduğu kimi,
Hər səhər "Səhər"lə açılacaqdır...

 


Məzahir Süleymanzadə 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !