Lənkəran teatrında uşaq tamaşasına daxili baxış keçirilib - + FOTO (AZpress.AZ - Ağaddin Babayev, Lənkəran)

Lənkəran teatrında uşaq tamaşasına daxili baxış keçirilib + FOTO (AZpress.AZ - Ağaddin Babayev, Lənkəran)

Lənkəran Dövlət Dram Teatrında uşaq ədəbiyyatının görkəmli nümayəndələrindən olan fransız şairi və tənqidçisi Şarl Perronun “Çəkməli pişik” nağılı əsasında hazırlanmış “Çəkməli Perro və Şahzadə Pyer” tamaşasına daxili baxış keçirilib. Məktəb yaşlı tamaşaçılar üçün nəzərdə tutulmuş bu səhnə əsərinin səhnələşdirəni və quruluşçu rejissoru Tərlan Abdullayev, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Tamaşada rolları aktyorlardan Allahverən Babayev, Hikmət Cəfərov, Sayad Əliyev, Şəbnəm Hüseynova, Rauf Zeynalov, Aysel Cahangirova, Günel Abbaszadə, Ülkər Quliyeva, Nizami Qurbanov ifa ediblər.


Qeyd edək ki, tamaşa yeni teatr mövsümündə azyaşlı sənətsevərlərin ixtiyarına veriləcək.

 


Ağaddin BABAYEV, Lənkəran


 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !