Məzahir Süleymanzadə - "Dərd məni sürüyüb apara bilmir..."

Məzahir Süleymanzadə "Dərd məni sürüyüb apara bilmir..."

Uşaq da, böyük də oynadır məni,
Pişiyin gözündə yumaq kimiyəm...
Hər yetən sözümü yarımçıq kəsir,
Sanki cəmiyyətə yamaq kimiyəm...

 

Qəlbimdə sevinc yox, gözlərim gülmür,
Deyə də bilmirəm dosta, qardaşa...
Dərd məni sürüyüb apara bilmir,
Yollarım dirənib qayaya, daşa...

 

Ürəyim köksümdən çıxmaq üzrədir,
Bəlkə bir quyuya düşüb bağırım?
Yaxşısı budur ki, bir az borc verin,
Gedib Əzrayılı qonaq çağırım... 

 

Məzahir Süleymanzadə

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !