Məzahir Süleymanzadə : - "Yaralı qəlblərdə şimşəklər çaxır...

Məzahir Süleymanzadə : "Yaralı qəlblərdə şimşəklər çaxır...

Zəhra boyda yara çıxdı qəlbimə,
Baba ürəyimi boyadı qana...
Zəhra boyda tikan batdı gözümə...
Hıçqırdım, ağladım mən yana-yana...

 

Nəvəm də şəklini gördü, ağladı,
Qara saçlarına qara bağladı...
Bu məsum körpənin nəydi günahı,
Niyə yer üzünə yayılmır ahı..

 

Dünyanı bürüyüb ah-nalə səsi,
Yaralı qəlblərdə şimşəklər çaxır...
Zəhraya tuşlanıb düşmən gülləsi,
Allah da dayanıb kənardan baxır...

 

 

Məzahir Süleymanzadə 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !