AMEA Naxçıvan Bölməsinin Elektron Kitabxanasında iki yeni kitabın təqdimatı olub -

AMEA Naxçıvan Bölməsinin Elektron Kitabxanasında iki yeni kitabın təqdimatı olub

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və Dilçilik şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nuray Əliyevanın həmmüəllifi olduğu “Naxçıvan dialekt və şivələrinin lüğəti” və Əlyazmalar Fondunun şöbə müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Səbuhi İbrahimovun “Naxçıvanın mənəvi-mədəni irsinə dair əlyazma mətnləri” adlı kitabların təqdimat mərasimi keçirilib.


Bölmənin Elektron Kitabxanasındakeçirilən tədbirdəkitabxananın direktoru Nuridə Kəngərli çıxış edərək hər iki kitabın elmi dəyərindən danışıb. Bildirib ki,Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” çərçivəsində çap olunan“Naxçıvan dialekt və şivələrinin lüğəti” adlı kitabda Naxçıvanın ayrı-ayrı rayon və kəndlərində işlədilən üç mindən artıq dialekt sözlər toplanılıb, onların mənası dəqiqləşib, işlənmə məqamları verilib.


N. Kəngərli “Naxçıvanın mənəvi-mədəni irsinə dair əlyazma mətnləri” kitabındaisəAzərbaycan mətnşünaslığında ilk dəfə olaraq XIX əsrin sonu, XX əsrin əvvəlləri Naxçıvana dair əlyazma qaynaqları, onların təsvir prinsipləri, filoloji-tekstoloji təhlili və digər səciyyəvi xüsusiyyətlərinin araşdırıldığını deyib. Qeyd olunub ki, nəşrdə30-dan çox arxivdə mühafizə olunan Azərbaycan, türk, rus, fars və ərəb dillərində Naxçıvana dair elmi, bədii, fəlsəfi və tarixi məzmunlu salnamələr sistemli tədqiqata cəlb edilib.


Sonra İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, həmin institutun şöbə müdirləri, filologiya üzrə fəlsəfə doktoru Firudin Rzayev,Elxan Məmmədov, Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilovçıxış edərək Naxçıvanda dialekt və şivələrin, eyni zamanda əlyazma mətinlərinin toplanılması, nəşri vətəbliği barədə öz fikirlərini bölüşüblər.


Tədbirin sonunda kitablarla bağlı verilən sualları ətraflı cavablandıranmüəlliflərtədbir iştirakçılarına öz dərinminnətdarlıqlarını bildiriblər.


 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !