Məzahir Süleymanzadə : - Ahıl Jurnalistlərin fəaliyyəti haqqında + FOTO

Məzahir Süleymanzadə : Ahıl Jurnalistlərin fəaliyyəti haqqında + FOTO

 Azərbaycan mətbuatının qızıl fondu olan ahıl jurnalistlərə o qədər isinişmişəm ki, qadınlı-kişili onlar da mənim həyatımın ayrılmaz hissəsinə çevriliblər. Əflatun Amaşovla, Yusif Kərimovla, Tahir Aydınoğlu ilə birgə neçə adamın qapısını döymüşəm. Rafiq Salmanov və Rasim Sadıqov bu unudulmaz görüşləri öz fotoşəkilləri ilə tarixə döndəriblər. Sağ olsunlar, ahıl jurnalistlər də mənə isinişiblər, telefonda səsimi eşidən kimi tanıyırlar, sevinirlər. Ünvanlarını, telefon nömrələrini bilirəm. Neçəsinin yubileyini, kitab təqdimatını təşkil etmişik. Təbii ki, nə Yusif Kərimov, nə Tahir Aydınoğlu, nə də mən bu işə görə maaş almırıq, ictimai vəzifə kimi göstərilən etimadı doğrultmağa çalışırıq. Artıq xoş ənənələrimiz yaranıb, müəyyən təcrübə toplamışıq. Bundan belə bölgələrimizdə də ahıl jurnalistlərlə bağlı tədbirlər keçirəcəyik. Azərbaycan Mətbuat Şurası nəzdində Ahıl Jurnalistlər Məclisi möhtərəm Prezidentimiz İlham Əliyevin xeyir-duası ilə yaradılıb. Biz öz fəaliyyətimizdə daim ölkə başçısının qayğısını hiss edirik. Ümidimiz böyükdür ki, yaxın günlərdə yeni mənzil sevinci yaşayanlar arasında ahıl jurnalistlərimiz də olacaq...

 


Məzahir Süleymanzadə

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !