RESPUBLİIKA ELMİ TƏDQİQATLARI ƏLAQƏLƏNDİRMƏ ŞURASI FİLOLOGİYA PROBLEMLƏRİ ÜZRƏ ELMİ ŞURASININ İYUN İCLASI - + FOTO

RESPUBLİIKA ELMİ TƏDQİQATLARI ƏLAQƏLƏNDİRMƏ ŞURASI FİLOLOGİYA PROBLEMLƏRİ ÜZRƏ ELMİ ŞURASININ İYUN İCLASI + FOTO

Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası (ARETƏŞ) Filologiya Problemləri üzrə Elmi Şurasının 6-ci iclası akademik Rafael Hüseynovun sədrliyi ilə 2017-ci il iyun ayının22-də keçirildi. 9-u elmlər doktorluğu, 36-sı fəlsəfə doktorluğu hazırlığı üzrə olmaqla sənəd tədqim etmiş 45 nəfərin mövzusu müzakirə olundu.
Elmlər doktoru hazırlığı proqramı üzrə müraciət etmiş etmiş şəxslərdən AMEA Nəsimi adına Dilçilik İnstitutunun dissertantı Həsənli-Qəribova Şəbnəm Rasim qızının “XIII-XVI əsrlər türki dillərində elmi üslub”, AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin dissertantı Qəni Tariyel Seyfəddin oğlunun “Azərbaycan ədəbiyyatında klassik epik ənənə və Şirvan epos yaradıcılığı”, AMEA Folklor İnstitutunun qiyabi doktorantı Mete Xalidə Əli qızının “Ümumtürk eposuunda sınaq motivi və onun variasiya problemləri”, AMEA Nəsimi adına Dilçilik İnstitutunun dissertantı Məmmədbəyli Aysel İlqar qızının “İngilisdilli bədii mətnin ritorik strukturu”, AMEA Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun dissertantı Sadıqov Teymur Qoca oğlunun “Tövrat və Qurani-Kərimdə leksik üslubun qarşılıqlı-müqayisəli təhlili” mövzuları adlarında heç bir dəyişiklik edilmədən təsdiq olundu.
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı İsaxanlı İsaxan Abdulla oğlunun “Sergey Yesenin və Azərbaycan ədəbiyyatı” mövzusu “Sergey Yesenin yaradıcılığı Azərbaycan və Şərq ədəbi-bədii kontekstində” kimi, AMEA Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun dissertantı Verdiyeva Günay Vilayət qızının “Azərbaycan və fars dillərində elmi terminologiyanın müqayisəli təhlili” mövzusu “Azərbaycan və fars dillərində elmi terminologiyanın linqvo-semiotik əsasları və onların struktur-semantik təhlili” şəklində dəqiqləşdirmə aparılmaqla təsdiq edilmişdir.
AMEA Folklor İnstitutunun doktorantı Süleymanova Ləman Vaqif qızının “Bayatı yaradıcılığında ifa, funksiya və variantlaşma problemləri” mövzusu elmlər doktorluğu səviyyəsi üçün uyğunlaşdırılmasından ötrü tədqiqatın miqyasını bir qədər genişləndirmək tövsiyyə edildi və təqdim olunan şəkildə mövzunun təsdiqi mümkün sayılmadı.
AMEA Naxçıvan Bölməsinin doktorantı Vəliyeva Fatimə Mayis qızının “Müxtəlifsistemli dillərdə aforizmlərin müqayisəli-linqvistik təhlili və tərcümə problemləri (Azərbaycan və İngilis dillərinin materialları əsasında)” mövzusunun “Azərbaycan dilində aforizmlər, onların linqvo-struktur təhlili və lüğətlərdə ifadə formaları” şəklində formalaşadırılaraq müvafiq plan tərib edildikdən sonra növbəti iclasda baxılması məsləhət bilindi.
Fəlsəfə doktorluğu hazırlığı proqramı üzrə mövzusu müzakirəyə çıxarılanlardan
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əyani doktorantı Əliyev Şıxəli Hümmətağa oğlunun “Ərəb poetik ənənələrinin formalaşmasında İmrul-Qeysin rolu”,
Bakı Dövlət Universitetinin Filologiya fakülətəsinin Türkologiya kafedrasının doktorantı Günaydın Mustafa Abdullah oğlunun “Türk dilində areal leksika”, Bakı Slavyan Universitetinin Müasir Azərbaycan dili kafedrasının doktorantı Hüseynova Səidə Əsədulla qızının “Azərbaycan dilində sinonim və dublet səciyyəli frazeoloji birləşmələrin linqvistik təhlili”, Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin Türk filologiyası kafedrasının qiyabi doktorantı İsmayılova Ləman Məhhəmməd qızının “Müasir türk ədəbi dili mətnlərinin yaranmasında formal əlaqə vasitələrinin rolu”, AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin dissertantı Quliyev Vasif Xosrov oğlunun “Cəlil Məmmədquluzadə və Qarabağ ədəbi mühiti”, AMEA Nəsimi adına Dilçilik İnstitutunun dissertantı Məmmədova Rəna Hüseyn qızının “Azərbaycan dilinin milli korpusunda lüğətlər blokunun optimal strukturu”, Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin dissertantı Mirzəyev Samir Xalid oğlunun “Ibirinci Dünya Müharibəsi illərində Azərbaycan mətbuatı və milli istiqlal məfkurəsinin formalaşması prosesi (1914-may – 1918)”, Azərbaycan Dövlət Pedaqoji Univesitetinin Filologiya fakultəsinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının doktorantı Səfərova Günel Sahib qızının “Cəfər Rəmzi İsmayılzadənin bədii və ədəbiyyatşünaslıq irsi”, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dilçiliyi kafedrasının dissertantı Yusubova Ülviyyə Tofiq qızının mövzusu “Azərbaycan dilində numerativlərin kommunikativ-praqmatik və semantik aspektləri”
mövzuları adlarında heç bir dəyişiklik edilmədən təsdiq edilmişdir.
Bakı Dövlət Universitetinin Ümumi dilçilik kafedrasının doktorantı Abbasova Gülənbər Rza qızının “Azərbaycan və ingilis dillərində paralellizm linqvopoetik anlayış kimi” mövzusu “Azərbaycan və ingilis dillərində paralelizmin linqvopoetik xüsusiyyətləri” şəklində, AMEA Nəsimi adına Dilçilik İnstitutunun dissertantı Ağayeva Fərqanə Məhhəddin qızının ““Kitabi-Dədə Qorqud” dastanının dilində köməkçi nitq hissələrinin qrammatik-semantik xüsusiyyətləri” mövzusu ““Kitabi-Dədə Qorqud” dastanında köməkçi nitq hissələrinin qrammatik-semantik xüsusiyyətləri” kimi, AMEA Nəsimi adına Dilçilik İnstitutunun dissertantı Bağırzadə Züleyxa Murad qızının “İngilis dilində linqvistik deviasiyalar və bəlağət” mövzusu “İngilis dilində linqvistik deviasiyalar və ritorika” kimi, Gəncə Dövlət Universitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının qiyabi doktorantı Əhmədova Samirə Famil qızının “Multikultural dəyərlər və onun təcəssümü (ABŞ yazıçıları Edvard Sayd, Sil Bellou, T.Pinkon və X.Hüseyninin yaradıcılığı əsasında)” mövzusu “Sol Bellou və Xalid Hüseyninin yaradıcılığında multikultural dəyərlərin təcəssümü” kimi, Azərbaycan Dillər Universitetinin İngilis dilinin qrammatikası kafedrasının dissertantı Fərəcova Rəna Möhübbət qızının “Yazılı akademik mətnlərin formalaşmasında bağlayıcıların rolu (İngilis dilinin materialları əsasında)” mövzusu “İngilisdilli akademik mətnlərdə bağlayıcıların funksiyaları”kimi, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı Mahmudzadə Elnurə Tofiq qızının “XX əsr Cənubi Azərbaycan poeziyasında milli tarixi yaddaşın bədii inikası məsələləri (1950-1970-ci illər)” mövzusu “XX əsr Cənubi Azərbaycan poeziyasında milli kimlik mübarizəsinin bədii əksi” şəklində, Azərbaycan Dillər Universitetinin Xarici ölkələr ədəbiyyatı kafedrasının dissertantı Məcidova İlahə Adil qızının “Çağdaş Amerika ədəbiyyatında kiçik nəsr problemi (Rey Bredberi və Stiven Kinqin hekayələri əsasında” mövzusu “Müasir Amerika ədəbiyyatında kiçik həcmli nəsr problemi (Rey Bredberi və Stiven Kinqin hekayələri əsasında”, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun dissertantı Muradova Şəfa Qüdrət qızının “XV əsr Azərbaycan sufi mətnləri” mövzusu “XV əsr Azərbaycan təsəvvüfi mətnlərinin tədqiqi” kimi, Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının əyani doktorantı Rəsulzadə Ərkinaz Sarvan qızının “Müasir Azərbaycan şeirində yeni yaradıcılıq meyilləri (Ramiz Rövşən yaradıcılığı əsasında)” mövzusu “Ramiz Rövşənin yaradıcılığı” kimi, Gəncə Dövlət Universitetinin Azərbaycan dili kafedrasının dissertantı Səfərova Nərmin Elxan qızının “Tibb terminlərinin leksik-semantik strukturu” mövzusu “Tibb terminlərinin leksik-semantik xüsusiyyətləri” kimi, AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin dissertantı Süleymanov Əsəd Aslan oğlunun “Eynəlqüzat Miyanəçi və onun ədəbi və epistolyar irsi” mövzusu “Eynəlqüzat Miyanəçinin ədəbi və epistolyar irsi”, Azərbaycan Dillər Universitetinin İngilis dilinin leksikologiyası kafedrasının doktorantı Yusifova Püstəxanım Tahir qızının “Mədəniyyətlərarası ünsiyyət zamanı implist mənanın linqvistik və qeyri-linqvistik üsullarla ifadəsi (İngilis və Azərbaycan dili materialları əsasında)” mövzusu “İngilis və Azərbaycan dili mədəniyyətlərarası ünsiyyət zamanı örtülü mənanın ifadəsi” şəklində adlarında müəyyən dəyişikliklər və dəqiqləşdirilmələr aparılmaqla təsdiq edilmişdir.
Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının əyani doktorantı Ağayarova Afaq Elçin qızının “İqbal” qəzetində milli özünüdərk problemi”, Azərbaycan Dillər Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının dissertantı Həsənov Səməndar Nazim oğlunun “Azərbaycan dilçiliyinin tarixi (dialektologiya)”, Bakı Slavyan Universitetinin dissertantı İslamova Samirə İlham qızının “XX əsr rus və Azərbaycan ədəbiyyatında memuar nəsrinin poetikası”, Bakı Dövlət Universiteti Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının qiyabi doktorantı Quliyeva Günəş Zakir qızının “Bəxtiyar Vahabzadə poeziyasında lirik qəhrəman”, Sumqayıt Dövlət Universitetinin Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının dissertantı Rahtari Mahirə Famil qızının “Sözün fonetik quruluşu (Azərbaycan və rus dillərinin materialları əsasında)”, Azərbaycan Dillər Universitetinin İngilis dilinin leksikologiyası kafedrasının dissertantı Rəhimova Aygün Qeybulla qızının “Presupposisiya və implikasiyanın praqmatikada differensasiyası (İngilis və Azərbaycan dillərinin materialları əsasında)” mövzularının adlarında müəyyən dəyişikliklər edilərək yenidən plan-prospekt hazırlayıb növbəti iclaslarda iştirak etməkləri qərara alındı.
Azərbaycan Dillər Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının doktorantı Dadaşova Aynur Nurəddin qızının “Azərbaycan dilinin şimal-qərb şivələrində sabit söz birləşmələrinin linqvistik təhlili”, Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının qiyabi doktorantı Əkbərova Türkan Nadir qızının “Azərbaycanda KİV-nin və PR-ın qarşılıqlı əlaqələrinin forma və xüsusiyyətləri”, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Televiziya və radio jurnalistikası kafedrasının əyani doktorantı MəmmədzadəVüsal Səyyaf oğlunun “Konvergensiya prosesinin xəbərin istehsalı və çatdırılması üsullarına təsiri”, Azərbaycan Universitetinin Azərbaycan dili və ədəbiyyat kafedrasının dissertantı Muradova Ofeliya Vaqif qızının “Azərbaycan postmodernist ədəbiyyatının tarixi tipologiyası və poetikası”, Gəncə Dövlət Universitetinin Azərbaycan dili kafedrasının dissertantı Orucova Aynur Allahverdi qızının “Ümumilli lider Heydər Əliyevin publisistik nitq üslubu”, Gəncə Dövlət Universitetinin Azərbaycan dili kafedrasının qiyabi doktorantı Zeynallı Mehman Müzadil oğlunun “XX əsrin 20-30 illərində Türkiyə türkcəsinin Azərbaycan dilinə təsiri problemləri” mövzuları artıq müxtəlif şəxslər tərəfindən tədqiqata cəlb olunduğundan təsdiq edilmədi.
Qərb Universitetinin Qərb dilləri fakültəsinin doktorantı Xəlilov Məhəmməd Məhərrəm oğlunun “İngilis dilində söz yaradıcılığının linqvistik xüsusiyyətləri”mövzusunun adı və plan-prospekti qənaətbəxş olmadığından təsdiq edilmədi.
Ümumiyyətlə, iclasda 12-sinin adından dəyişiklil edilməklə 31 mövzu təsdiq edilmişdir. Müzakirələrdə akademik Rafael Hüseynovla yanaşı filologiya üzrə elmlər doktorları, professorlar Atamoğlan Həsənov, Aida Qasımova, Azadə Musayeva, Bilal İsmayılov, Cəlil Nağıyev, Əsgər Rəsulov, Bədirxan Əhmədov, Bilal İsmayilov, Fəxrəddin Veysəlli,İmamverdi Həmidov, Qulu Məhərrəmli, Məmməd Qocayev, Nadir Məmmədli, Seyfəddin Rzasoy, Şəfəq Əlibəyli, Şirindil Alışanov çıxış edərək fikir və təkliflərini bildirdilər.
Qeyd etmək lazımdır ki, Filologiya Problemləri üzrə Elmi Şura 2017-ci ilin birinci yarısında kifayət qədər intensiv işləmiş, yarımillikdə 6 iclas keçirərək filologiya elminin müxtəlif istiqamətləri üzrə böyük sayda mövzuları təsdiq etməklə yanaşı aktual mövzular ətafında geniş müzakirələr aparmış, bir sıra perspektiv layihələr müəyyənləşdirmişdir. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !