Təbiət Dostları Gənclər Təşkilatı YAŞIL FƏSİL adlı ekoloji-maarifləndirici kampaniya -

“Təbiət Dostları” Gənclər Təşkilatı “YAŞIL FƏSİL” adlı ekoloji-maarifləndirici kampaniya

1-10 İyul 2017-ci il tarixlərində “YAŞIL FƏSİL” ekoloji-maarifləndirici kampaniyası çərçivəsində “Gənclər və İdman nazirliyinin” dəstəyi və “Təbiət Dostları” GT-nin təşkilatçığı ilə “Davamlı İnkişaf” beynəlxalq təcrübə programı həyata keçiriləcəkdir.

2017-ci ilin mart ayında “Təbiət Dostları” Gənclər Təşkilatı “YAŞIL FƏSİL” adlı ekoloji-maarifləndirici kampaniyaya start verib. Bundan öncəki illərdə “Yaşıl Həftə” adı ilə keçirilən kampaniya 2010-cu ildən başlayaraq hər il keçirilir və ətraf mühitin mühafizəsinə həsr olunan kampaniya kimi müxtəlif tədbirlərdən ibarətdir. Silsilə tədbirlər kampaniyasının məqsədi insanları bir araya toplayaraq, ətraf mühitə qarşı daha məsuliyyətli olmağa çağırmaqdır. Bu yöndə hər ay həftə sonları müxtəlif tədbirlər keçiriləcək. Tədbirlər təlim və dəyirmi masalarla bərabər, açıq havada velosiped və piyada yürüşləri, seminarlar və yeni nəslin maariflənməsi istiqamətində proqramlardan ibarət olacaq.

Bu ekoloji-maarifləndirici kampaniyası çərçivəsində artıq bir neçə tədbirlər həyata keçirilib. Növbəti tədbir, “Davamlı İnkişaf” beynəlxalq təcrübə proqramı Almaniya Təbiət Dostlarının və Azərbaycan Təbiət Dostlarının birgə əməkdaşlığı ilə həyata keçiriləcəkdir. Proqram müddətində “Beynəlxalq İşgüzar Veloyürüş”, “Green Drinks / Open Air Conference” və “Davamlı Turizm” mövzusundə tədbirlər təşkil ediləcəkdir.


Tədbirin proqramı:


Beynəlxalq İşgüzar Veloyürüş / 1 İyul 2017 saat 11:00


Green Drinks Conference / 4 İyul 2017 saat 19:00


Davamlı Turizm / 2-4 İyul 2017 Quba, 5 İyul 2017 Qobustan / Palçıq Vulkanları və Yanar Dağ, 6-8 İyul 2017 ci il Qax, 9 İyul 2017 Bakı / Workshop



Təcrübə proqramının keçirilməsində məqsəd beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması və gənclər arasında təcrübə mübadiləsi aparmaqdır.



Nuray Shahvaladli,


“Təbiət Dostları” Gənclər


İctimai Birliyinin Baş Katibi


nshahvaladli@gmail.com| (+994) 705899298 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !