Məzahir Süleymanzadə : - "Yusif Kərimov - 77"

Məzahir Süleymanzadə : "Yusif Kərimov - 77"

Bu gün Əməkdar jurnalist Yusif Kərimovun 77 yaşı tamam olur. Çox dedi ki, yada salma, adi doğum günüdür, dedim yox, bu 77 rəqəmi sizə çox yaraşır...
Yusif Kərimov Azərbaycan mətbuatının ən tanınmış simalarındandır. Azərbaycan Dövlət Universitetinin jurnalistika şöbəsini bitirən gündən öz peşəsinin ustadı olmaq üçün yola çıxıb, imzasını tanıdıb, şəxsiyyətini sevdirib. "Bakı" qəzetində işləyib, fəaliyyətini Azərbaycan Televiziyasında davam etdirib. Sonra ona daha böyük etimad göstəriblər, düz on beş il "Azərbaycan gəncləri" qəzetinin redaktoru olub. Sonrakı illərdə də qələmi yerə qoymayan Yusif Kərimov həm də yazıçı kimi tanınıb, çoxlu kitab nəşr etdirib. Əməkdar jurnalistdir, Ali Media mükafatı laureatıdır.
Həmkarları Yusif Kərimovu həmişə xoş duyğularla xatırlayırlar. O, Azərbaycan Mətbuat Şurası nəzdində fəaliyyət göstərən Ahıl Jurnalistlər Məclisinin sədr müavini kimi qayğıya ehtiyacı olan neçə veteran qələm sahibinin qapısını döyüb, könlünü alıb. Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov da Yusif müəllimə hörmətlə, inamla yaraşır, onun bir sözünü iki eləmir. Yusif Kərimovun təşəbbüsü ilə neçə ahıl jurnalistin jubileyi keçirilib, kitab təqdimatları təşkil olunub.
Hələlik bu gözəl insanı, peşəkar jurnalisti anadan olmasının 77 illiyi münasibəti ilə təbrik edirik. İnşallah, iyulun 22-də hamılıqla onun yeni mənzil sevincinə də qoşularıq!..

 

 


Məzahir Süleymanzadə 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !