Məzahir Süleymanzadə : - "Sevginin də günü olar, əzizim?"

Məzahir Süleymanzadə : "Sevginin də günü olar, əzizim?"

Deyirsən ki, sevgililər günüdür,
Sevginin də günü olar, əzizim?..
Qoşa qəlbdə bir şəlalə çağlayar,
Onun səsi, ünü olar, əzizim...

 

Sevginin nə günü, nə yaşı olmaz,
Nə vaxt gələr, nə vaxt gedər, bilinməz...
Sevginin bacısı, qardaşı olmaz,
Dərin iz kimidir, heç vaxt silinməz...

 

Bir məsum təbəssüm, ilahi baxış,
Təpəni ucaldıb dağa döndərər...
Qəlbində yaranan al-əlvan naxış,
Səhranı meyvəli bağa döndərər...

 

Hər zaman dadına yetəndi sevgi,
Qədrini bilməsən, itəndi sevgi...
Bütün gözəlliklər keçib gedəndi,
Müqəddəs Anadı, Vətəndi sevgi...

 


Məzahir Süleymanzadə 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !