Toy olsun komediyası Bakı teatrlarında da oynanılacaq - + FOTO

“Toy olsun” komediyası Bakı teatrlarında da oynanılacaq + FOTO

Sumqayıt Dövlət Dram Teatrında premyerası uğurla keçən “Toy olsun” (İsi Məlikzadə, Süleyman Ələsgərov) komediyası tamaşaçıların istəyi nəzərə alınaraq Bakı teatrlarında da oynanılacaq. Respublikanın xalq artistləri Afaq Bəşirqızı və Valeh Kərimovun iştiraki ilə ərsəyə gəlmiş maraqlı səhnə əsəri 4 iyul saat 19:00-da Rus Dram Teatrında nümayiş olunacaq.


Tamaşanın quruluşu teatrın baş rejissoru əməkdar artist Firudin Məhərrəmova aiddir. Tamaşada əməkdar artistlər İzaməddin Bağırov, Növrəstə Həşimova, İlahə Səfərova, Cəlal Məmmədov, aktyorlar Sədaqət Nuriyeva, Oktay Mehdiyev, Akif Mirzəyev yer alıblar.


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !