Hüquqlarını öyrən, vəzifələrini bil! layihəsi həyata keçirilir -

“Hüquqlarını öyrən, vəzifələrini bil!” layihəsi həyata keçirilir

Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi və “İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Hüquqlarını öyrən, vəzifələrini bil!” layihəsi həyata keçirilir.


Yaşadığımız mühitdə kifayət qədər valideyn himayəsindən məhrum olan gənclər vardır ki, onlar internat məktəbini bitirdikdən sonra öz hüquqlarını bilmədikləri üçün müxtəlif çətinliklərlə üzləşirlər. İnternat məktəbini bitirən gəncləri digər gənclərdən fərqləndirən əsas amil onların öz hüquqlarını bilməmələri və cəmiyyətə düzgün inteqrasiya edə bilməmələridir. Həyata keçirilməsi nəzərdə tutulan bu layihənin əsas məqsədi layihə iştirakçıları arasında əməkdaşlığın qurulması, onların hüquqi maarifləndirilməsi və eyni zamanda, gənclərin asudə vaxtının səmərəli təşkilinin təmin edilməsidir.

Layihə çərçivəsində Bakı, Quba və Lənkəran şəhərlərində yerləşən internat və uşaq evi məzunlarına Şamaxı şəhərində təşkil olunan 30 nəfərdən ibarət 5 günlük Yay düşərgəsində seminar və təlimlər keçiriləcək. Keçirilən təlim və seminarların məqsədi isə bu gənclərin özləri üçün və gələcək məzun olan gənclərə hüquqi yardım edə biləcəyi komanda formalaşdırmaq və hüquqi yardım işləri ilə məşqul olmağa yönləndirməkdir. Eyni zamanda gənclərimizin hüquqları ilə yanaşı, bir vətəndaş olaraq öz vəzifə və öhdəliklərini bilmələri də layihənin qarşısında duran digər prioritet məsələlərdən biridir. Layihə müddətində bu istiqamətdə də təlim və seminarların həyata keçirilməsi nəzərdə tutulur.


Layihənin həyata keçirilməsi nəticəsində gənclərə hüquq və vəzifələrin aşılanması sayəsində onların ictimai davranış qaydalarının daha da formalaşması, özlərini cəmiyyətdə rahat hiss etməsi, özünə inam hissini qazanmaları və əldə etdikləri uğurlar sayəsində digər gənclərə də nümunə olacaqlar

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !