LƏNKƏRANDA BAYRAM BAYRAMA QARIŞDI - + FOTO

LƏNKƏRANDA BAYRAM BAYRAMA QARIŞDI + FOTO

Lənkəranda yay turizm mövsümünün açılışı bu il ölkə miqyaslı iki böyük bayramın keçirilməsilə daha əlamətdar oldu. Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi hər il bu münasibətlə şəhərin mərkəzi meydanında, klub filiallarında və bir sıra istirahət mərkəzlərində tematik konsertlər keçirdirdi. Eləcə də Ramazan bayramı ümumxalq şənliyi səviyyəsində geniş qeyd olunurdu. Bu il Ramazan bayramı ilə 26 iyun Silahlı Qüvvələr gününün eyni günə təsadüf etməsi turizm mövsümünün daha geniş və daha möhtəşəm hazırlanmasına rəvac verdi. Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin rəhbərliyi ilə bu şənlik həm də “Mədəniyyət günü” kimi nəzərdə tutuldu. Axşam saatlarında H.Əliyev xatirə parkında Mərkəzləşmiş Kitabxana Sisteminə daxil olan yeni kitablar, xüsusən yerli müəlliflərin kitabları parka gələnlərə təqdim edildi. Tarix –Diyarşünaslıq Muzeyi parkın bir guşəsində özünün səyyari sərgisini açmışdı. Mədəniyyət Mərkəzi sənətkarlıq və etnoqrafiya sərgisinin eksponatlarını nümayiş etdirirdi. Bir kənarda yerli sənətkar Eynulla Calalov bambukdan və ağac qabığından hazırlanmış əl işlərini təqdim edirdi. Uşaq Rəssamlıq Məktəbinin şagirdləri silahlı qüvvələrimizə, rəşadətli Azərbaycan əsgərinə həsr etdiyi rəsm əsərləri ilə tamaşaçıların zövqünü oxşamağa çalışdı. Lənkəran Turizm İnformasiya Mərkəzi də geniş bir ərazidə Lənkəranın Turizm potensialını əks etdirən fotolar və bukletlər təqdim edirdi.
Xatirə Parkındakı “Naməlum əsgər” abidəsinin önü bayraqlar, şarlar, şüarlar, şəbəkələr, xalçalar və müxtəlif aksesuarlar ilə bayramsayağı bəzədilmişdi. Saat 19-00-da burada böyük bayram konserti başlandı. Ü.Hacıbəylinin “Koroğlu” operasının üvertüra sədaları altında Mədəniyyət Mərkəzinin gənc bədii qiraət ustaları “Ordum varsa, Yurdum var” adlı kompozisiyanı təqdim etdilər. Mədəniyyət Mərkəzinin direktoru Hafiz Mirzə Ramazan ayının müqəddəs Fitr bayramı və Silahlı qüvvələr günü barədə geniş məlumat verdi, bu günki bayram şənliyinin məziyyətlərini şərh etdi. Sonra o, sözü Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Vüsal Nəsirliyə verdi. V.Nəsirli hamını təbrik etdi, bu bayramların regionun bütün rayonlarında geniş qeyd ediləcəyini bildirdi. Bayram konsertinin hazırlıq işlərinə təşkilati dəstək vermiş müğənni Zaur Babayev xüsusi mahnı çələngini təqdim elədi. Müğənnilərdən Əminə Bağırova, Mətanət Babayeva, Rəhim Hüseynov, Araz Heydərov, Elgün Əlizadə, Cavid Lənkəranlı, Xalid və Cavid Dadaşov qardaşları biri-birindən gözəl mahnılarla konserti zənginləşdirdilər. Mədəniyyət Mərkəzinin oğlanlardan və qızlardan ibarət rəqs qrupları, Boladi-1 kənd Folklor Klubunun “Ki-nəlim” və 5 saylı uşaq bağçasının “Nəvələr” folklor ansamblları, şairlər Etibar Vəliyev və Ağamir Cavad, bədii qiraət dərnəyinin üzvləri Zəhra Əliyeva, Fatimə Mirzəzadə, Aytac Azərqızı, Ramin və Rəhimə Rəhimzadələr gözəl rəqslər, şeirlər və nəğmələrlə tamaşaçıları sevindirdilər.
Konsert üç saat davam etdi. Ən sonda Zaur Babayevin ifasında “Xalq Heydər söyləyəcək” adlı mahnı ifa olundu. Bu zaman fişənglər yandı ,atəşfəşanlıq keçirildi. Beləcə, Lənkəranda bayram bayrama qarışdı. El şənliyində beş mindən çox lənkəranlı və Lənkəranıq qonaqları iştirak edirdi.Tədbir həm də əhalinin asudə vaxtının daha səmərəli keçirilməsi işinə xidmət göstərdi.

 

Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzi 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !