Məzahir Süleymanzadə : - "Söz adamını söz yaşadar..."

Məzahir Süleymanzadə : "Söz adamını söz yaşadar..."

Söz adamını söz yaşadar...Söz adamı üçün sözdən qiymətli heç nə ola bilməz. Bir ömür yaşamışam, yazıb-yaratmışam, böyüklər üçün, uşaqlar üçün kitablarım nəşr edilib, televiziya proqramlarında, radio verilişlərində çıxışlarım olub. Mənim haqqımda çoxlu söz deyilib, fikir söylənilib. Bir qısmini oxumusunuz, bir qismi də "Bir qucaq çiçək" adlı kitabda toplanıb. Xoş söz, əməyə, yaradıcılığa verilən qiymət insanda həmişə məmnunluq hissi yaradır. Oxuyursan, dodağın qaçır, sevinirsən, bunu yazan adamı minnətdarlıq hissilə xatırlayırsan, düşünürsən ki, səni xoş sözə layiq bilirlərsə, deməli, papağını günə yandırmamısan...
Bu gün tələbə dostum, hörmətli həmkarım İlqar Həsənov mənə yazıb: "Məzahir, gör sənin haqqında nə deyirlər: VARLIĞININ KÖLGƏSİNDƏ SƏRİNLİK TAPDIĞIM İNSAN..." Əlbəttə, İlqardan əvvəl özüm də bunu oxumuşdum və...diksinmişdim. Özü də bu ifadəni kim işlədib? Ömrümdə görmədiyim, ünsiyyətdə olmadığım, həqiqi adını belə bilmədiyim gözəl bir xanım - "Anqel Baku". Bu sözlərin təsiri altından çıxa bilmirəm. Kim necə düşünür, düşünsün, bu bir cümlə məndə roman təəssüratı yaratdı, xəyalən həmin romanı oxudum, özümü axtardım, varlığımın kölgəsini axtardım. Mən o kölgəni tapa bilmədim. Sonra özümə təskinlik verdim: "Üzülmə, Məzahir, yəqin ki, o kölgə var, ancaq onun varlığını yalnız həmin kölgədə sərinlik tapanlar hiss edir..."
Mənim haqqımda bir çümləlik roman yazmağa "Anqel Baku"nun qələminin qüdrəti çatdı. Ona layiq olduğu minnətdarlığı ifadə etməyə isə mənim istedadım çatmır. Təkcə onu dəqiq bilirəm ki, bu roman kitab rəfimdə yox, qəlbimdə öz layiqli yerini tapacaq...

 

 

Məzahir Süleymanzadə 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !