Astara gəncləri arasında Sahibkarlıq fəaliyyəti təbliğ olunur - + FOTO

Astara gəncləri arasında Sahibkarlıq fəaliyyəti təbliğ olunur + FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Gənclərin Sosial İnkişafına Dəstək” (GSİD) İctimai Birliyi Astara rayonunda yerləşən Şindan otelində “ Kəndlərdə yaşayan gənclər arasında sahibkarlıq fəaliyyətinin təbliği” layihəsi çərçivəsində təlim kurslarına start verdi. Təşkilatın rəhbəri Rövşən Bağırovun verdiyi məlumata görə cənab prezidentin 7 aprel 2016-cı il əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında Sərəncamının tərkib hissəsi olaraq bu layihə də böyük əhəmiyyət kəsb edir. Layihənin əsas məqsədi Astara rayonunun kənd yerlərində yaşayan gənclər arasında sahibkarlıq fəaliyyətinin stimullaşdırılması və hüquqi maarifləndirici tədbirlərin həyata keçirilməsindən ibarətdir.


Layihə çərçivəsində Astara rayonunun kənd yerlərindən seçilmiş 25 nəfər gənc üçün 3 gün davam edəcək interaktiv təlimlər təşkil olunmuşdur.Təlimdə qonaq qismində Astara rayon Gənclər və İdman İdarəsinin rəis müavini İqrar Cəfərov, Astara qəzetinin baş redaktoru Fəridə Söhrabqızı çıxış edərək layihənin rayon gəncləri üçün əhəmiyyətindən bəhs etmişlər.Qeyd edilmişdir ki, bu layihə xüsusilə kəndlərdə yaşayan gəncləri sahibkarlıq və biznes fəaliyyətinə stimullaşdıracaq və onları biznesə başlamaq üçün güclü motivasiya edəcəkdir.


Təlimçi Sərdar Hüseynov tərəfindən gənclərə biznesin təşkili, rayon üçün prioritet biznes ideyaların seçilməsi, biznes planın yazılmasına giriş, sahibkarlıq, Marketinq 4P, SWOT (GZİT) analiz, istehsal və satış, maya dəyəri və sair mövzular tədris olunur.


Təlimin sonunda hər bir iştirakçıya təşkilat tərəfindən Sertifikatlar təqdim olunacaqdır.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !