Məzahir Süleymanzadə : - "Aldımqoz-satdımqoz.AZ. saytının redaktoru"

Məzahir Süleymanzadə : "Aldımqoz-satdımqoz.AZ. saytının redaktoru"

-Buyurun, növbə kimindir?
-Mənim...
-Ə, çəkil o yana görüm...Jurnalistə bax...Mən olan yerdə sən gərək gözə görünməyəsən. Buna bax, üç cümləni bir-birinin ardınca yaza bilmir, jurnalistlər üçün tikilmiş binadan mənzil almaq eşqinə düşüb...
-Mənzil alanlar məndən artıqdır? Sən ki, bilirsən, mənim Azərbaycan mətbuatının inkişafında xidmətlərim böyükdür...
-Neynəmisən ə, sən? Salyandan redaktor üçün balıq daşımaq nə vaxtdan mətbuata xidmət sayılır? Ona qalsa, Azərbaycanda ilk dəfə maşınının qabaq şüşəsinə "PRESS" yapışdıran mən olmuşam...
-O maşını sənin üçün kim almışdı? Adicə katibə idin, səni adam eləyən...Bax, açaram sandığı, tökərəm pambığı...Çəkil, qoy sənədlərimi verim, yoxsa...
-Katibələrdən də sənəd götürürlər?
-Katibə sənin bacındı...İndi mən redaktoram...Bəs saytıma baxmırsan?
-Nə? Redaktor? Məni güldürmə sən allah...Yeri çayını dəmlə...
-Bura bax eee...Mən redaktoram, saytım da var, işçilərim də, ofisim də, hələ üstəlik, cangüdənim də...
-Canın var ki, cangüdənin də olsun? Özünün də hayhayın gedib, vayvayın qalıb...O cangüdən sənin nəyini qoruyur? Qorunmalı nəyin vardısa...Yaxşı, keç içəri, amma tez elə...Gör nə qədər jurnalist sənəd vermək üçün növbə gözləyir...Yaxşı, saytının adı nə oldu?
-Aldımqoz-satdımqoz.AZ.
-Qonarar da verirsən?
-Nəyinə gərəkdir? Olmaya, xoruz səsi eşitməmiş materialın var?
-Var, özü də necə...Bax, sən sənədlərini komissiyaya verən kimi bu şəkli yerləşdirəcəm saytlarda...
-Bu ki, mənim villamdır!..Paxıllıqdan ölürsüz də...Yaxşı, gəl növbəmi verim sənə, amma o şəkli qaytar özümə...Səsini də çıxarma, sənin cah-cəlallı mənzilinin də şəkli məndə var...


Məzahir Süleymanzadə 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !