Gəncəli gənclərin növbəti uğuru - + FOTO

Gəncəli gənclərin növbəti uğuru + FOTO

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi Avropa Komissiyasının Erasmus+ Gənclər Fəaliyyətdə Proqramının Azərbaycan üzrə rəsmi əlaqə mərkəzi seçilib.


Erasmus+ Gənclər Fəaliyyətdə rəsmi əlaqə mərkəzi titulu SALTO–nun Şərqi Avropa və Qafqaz Resurs Mərkəzi (Polşada Təhsil Sisteminin İnkişafı Fondunun hissəsi) tərəfindən Şərq Tərəfdaşlığı ölkələri və Rusiyada fəaliyyət göstərən təşkilatlara verilir.


“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi bu titul üçün namizədliyini irəli sürüb və Azərbaycanda olan təşkilatlar arasında son üçlüyə daxil olub. Final mərhələdə müsabiqədə maksimum 100 xaldan 81-ni toplayan “Gələcəyə Körpü” Azərbaycanda ilk dəfə 2017-ci ilin İyun ayından Dekabr ayınadək Avropa Komissiyasının Erasmus+ Gənclər Fəaliyyətdə Proqramının Rəsmi Əlaqə Mərkəzi elan olunub. Qeyd edək ki bu günədək ölkəmizdə Erasmus+ Proqramının Rəsmi Əlaqə Mərkəzi olmayıb.


Bu çərçivədə “Gələcəyə Körpü” yerli gənclər və gənclər təşkilatları arasında Rəsmi Əlaqə Mərkəzi olaraq fəaliyyət göstərəcək. Bununla da Azərbaycanda Erasmus+ proqramının imkanları ilə maraqlanan təşkilatlara məsləhətlər verəcək, Azərbaycanın müxtəlif bölgələrində Erasmus+ Proqramı haqqında təqdimat və məlumat xarakterli tədbirlər həyata keçirilməklə Proqramla bağlı maarifləndirməni artıracaq, proqram vasitəsilə yerli gənclərə təlim kursları, gənclər mübadiləsi və EVS (Avropa Könüllülük Xidməti) layihələrinə müraciət etmək və iştirak etməyin yolları və faydaları haqqında məlumat verəcək.


Birliyin İcraçı Direktoru Hüseynxan Hacızadə Polşanın paytaxtı Varşavada 19-21 İyun tarixlərində reallaşdırılan həmin mərkəzlərin yığıncağında iştirak edib, müvafiq prioritet məsələləri və Birliyin Rəsmi Əlaqə Mərkəzi kimi fəaliyyət planını təqdim edib.


“Gələcəyə Körpü” Erasmus+ (əvvəlki “Gənclər”) Proqramına 2007-ci ildən etibarən qoşulub. 2003-cü ildən Avropa Komissiyası tərəfindən maliyyələşdirilən beynəlxalq layihəhələr həyata keçirməyə başlayıb. Bundan əlavə “Gələcəyə Körpü” ölkənin qərb regionunda EVS (European Voluntary Service) akreditasiyası almış (qəbul edən və göndərən) ilk təşkilatdır.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !