Gəncə Dövlət Universitetində İnnovasiyalar departamenti fəaliyyətə başlayıb - + FOTO

Gəncə Dövlət Universitetində İnnovasiyalar departamenti fəaliyyətə başlayıb + FOTO

Gəncə Dövlət Universitetində İnnovasiyalar departamenti fəaliyyətə başlayıb.


Gəncə Dövlət Universitetinin Mətbuat xidməti bildirir ki, açılış mərasimində ali təhsil müəssisəsinin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.


Tədbiri açan Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov bildirib ki, İnnovasiyalar departamenti yaradılması Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında təhsilin inkişafıüzrə Dövlət Strategiyası haqqında” müvafiq sərəncamına əsasən ali təhsil müəssisələri qarşısında qoyulan vəzifələrin həllinə uyğun olaraq yaradılıb.


Dövlət Strategiyasının məzmunu haqqında məlumat verən professor Yusif Yusibov deyib ki, ölkə qarşısında duran növbəti strateji vəzifə sosial-iqtisadi həyatın daha da modernləşdirilməsi və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması yolu ilə davamlı iqtisadi inkişafın təmin edilməsi vəəhalinin həyat səviyyəsinin yüksəldilməsindən ibarətdir. Müasirləşdirmə, ilk növbədə, qabaqcıl texnologiyaların və idarəetmə üsullarının, elmi nailiyyətlər əsasında yaradılan innovasiyaların ölkənin sosial-iqtisadi həyatına uğurlu tətbiqi ilə bağlıdır. Bunun üçün prioritet istiqamət ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi ilə yanaşı, ölkədə insan kapitalının inkişafı, şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsidir. İnsan kapitalının inkişafı iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiyası vəölkənin beynəlxalq rəqabətdən daha effektli faydalanması prosesindəən mühüm şərtlərdən olub, ölkənin təhsil sisteminin başlıca vəzifəsini təşkil edir.


Məhz İnnovasiyalar departamentinin yaradılmasında əsas məqsəd dünyada mövcud olan müxtəlif innovasiyaları mənimsəmək, onları universitetə gətirmək, təşəbbüsləri müxtəlif istiqamətlər üzrə tətbiq və inkişaf etdirmək, həmçinin sənaye sahələrinə tarnsfer etməkdən ibarətdir.


Rektor deyib ki, İnnovasiya departamentinin fəaliyyətə başlaması ilə universitet ənənəvi şəkildə kadr yetişdirməklə yanaşı, həm dəbiliklərəəsaslanan məhsul istehsalçısına çevriləcək.


Bildirilib ki, universitetin əsas binasında fəaliyyətə başlayacaq İnnovasiya Mərkəzində müasir şərait yaradılıb, şöbələr zəruri inventarla və informasiya kommunikasiya texnologiyaları ilə təmin edilib.
Departamentdəfəaliyyət göstərən kadrlar da müəyyənləşib. Mərkəzin əməkdaşları ABŞ-da, İtaliyada, Yunanıstanda, eləcə də digər Avropa ölkələrində təhsil alan gənclərdən formalaşdırılıb.
İnnovasiyalardepartamentində 8 şöbə və 1 laboratoriya elm-təhsil araşdırmaları ilə məşğul olacaq.
Sonra İnnovasiyalar departamentinə daxil olan ayrı-ayrı şöbələrin funksiyaları haqqında məlumat verilib.


Qeyd edilib ki,İnformasiya resurslarının formalaşması şöbəsi – bu istiqamətdə təminatın yaradılması və istifadəsi ilə məşğul olacaq.


Starteji təhlil, qiymətləndirmə və monitorinq şöbəsi - universitetin təhsil-tədqiqat-innovasiya mərkəzlərindən birinə çevrilməsi üçün mütəmadi işlər aparacaq, ali məktəblərlə bağlı yerli və beynəlxalq təcrübələri öyrənərək innovativ təkliflər hazırlayacaq. Eyni zamanda universitetdə keyfiyyətin daxili monitorinqi və qiymətləndirmə mexanizmlərinin yaradılması məqsədilə təkliflər verəcək, innovasiyalarla bağlı olaraq mütəmadi təhlillər aparacaq və proqnozlar dərc edəcək.
İnnovasiya texnologiyalarının transferi və marketinqi şöbəsi – daxili və xarici texnologiya transferi bazarındakı potensialı dəyərləndirəcək, tədqiqat sahəsindəəməkdaşlığı və maliyyə vəsaitlərini araşdıracaq. Yerli və xarici elmi-tədqiqat müəssisələri, kommersiyalaşdırma mərkəzləri arasında innovasiya texnologiyaları üzrə informasiya mübadiləsinin təşkil edəcək. Universitet ilə istehsalat və biznes sahələri arasında strateji əməkdaşlığın yaradılması da bu şöbənin gələcək funksiyalarına daxil olacaq.


Layihələrin idarə edilməsi şöbəsi – müxtəlif layihələrin hazırlanması, idarə edilməsi və istiqamətləndirilməsini həyata keçirəcək. Bu şöbədə layihə riskləri araşdırılacaq və idarə ediləcək. Donorlar araşdırılacaq və onlarla əlaqələr qurulucaq. Yerli və beynəlxalq layihələrdə, konfrans və sərgilərdə iştirak təmin olunacaq. Layihələrin hazırlanması üçün yeni qruplar hazırlanacaq.
Əqli mülkiyyət şöbəsi – patent və lisenziyalaşdırma, məsləhətləşmələr və qısa müddətli treninqlərlə məşğul olacaq.


Həmçinin İnnovasiyalar departamentində İKT, Xarici əlaqələr, Nəşriyyat şöbələri vəİnformasiya və kompüter xidməti laboratoriyası funksional təyinatı üzrə universitetdə aparılana elmi araşdırma işlərinə öz töhfəsini verəcəkdir.


Tədbirdə çıxış edən universitetin prorektoru Pərvin Kərimzadə İnnovasiyalar departamentinin fəaliyyətə başlamasını ali-təhsil müəssisəsinin inkişafı istiqamətində böyük töhvə olduğunu deyib. Həmçinin Pərvin Kərimzadə bu cür mərkəzlərin fəaliyyəti ilə bağlı dünyanın qabaqcıl universitetlərinin təcrübəsi haqqında məlumat verib.


İnnovasiyalar departamentinin rəhbəri Vasif Həsənov mərkəzin gələcək fəaliyyət istiqamətləri vəqarşıya qoyulan əsas vəzifələrdən danışıb.


Sonda İnnovasiyalar departamentində yaradılan şəraitlə tanışlıq olub.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !