Şuranın dəstəklədiyi layihə Şəmkirdə uğurla davam edib - + FOTO

Şuranın dəstəklədiyi layihə Şəmkirdə uğurla davam edib + FOTO

“Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqlara Dəstək” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Fiziki məhdudiyyətləri olan uşaqların ümumi təhsilinin distant formada təşkili imkanları, inkişaf perspektivləri və bu prosesdə valideynin iştirakının stimullaşdırılması” layihəsi çərçivəsində Şəmkirdə təlim keçirilib.
Layihənin psixoloqu və təlimçisi Samirə Vəliyeva bildirmişdir ki, aparılan sorğulardan fiziki məhdudiyyətləri olan uşaqlarda bir çox problemlər olduğu aşkara çıxmışdır. Belə ki, onlarda özünə qapanma, cəmiyyətdən təcrid olma, insanlarla ünsiyyətdən qaçma, özlərinə inamsızlıq və s. kimi hallar müşahidə edilmişdir. Bu halları aradan qaldırmaq üçün psixoloji təlim paketi hazırlanmış və təlimlər keçirilmişdir. Keçirilən psixoloji təlimlərdə onlara özünə güvən hissi, insanlarla komplekssiz rahat ünsiyyət qurma bacarığı aşılanmışdır. Təlimlər həm canlı, həm də virtual olaraq keçirilmişdir.
Təlim fiziki məhdudiyyətləri olan uşaqların böyük marağına səbəb olaraq geniş diskussiya ilə davam etmiş və sonda təlimçi fiziki məhdudiyyətləri olan uşaqlara layihə çərçivəsində hazırlanmış təlim paketi və vəsaitdən istifadə etmələrini tövsiyyə etdi. Təlimlərdə fiziki məhdudiyyətləri olan uşaqların valideynləri də fəal iştirak etmişlərlər.
Təlimin sonunda buklet, təlim paketi və hər birinə disklər paylanılmışdır.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !