Şəmkir rayonunun Dəllər-Cəyir kəndi ərazisində yerləşən küçəyə Taleh Həmid adı verilməsi haqqında qərar verilmişdir -

Şəmkir rayonunun Dəllər-Cəyir kəndi ərazisində yerləşən küçəyə Taleh Həmid adı verilməsi haqqında qərar verilmişdir

1954-cü ildə Şəmkir rayonunun Dəllər-Cəyir kəndində doğulan Taleh Həmid, gənc yaşlarından işləməyə başlamışdır. Əsgər gedib-gələndən sonra o, 1975-1980-cı illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb.


T. Həmid 1980-ci ildə Gənc Jurnalistlərin II Ümumittifaq, 1984-cü ildə Gənc yazıçıların VIII Ümumittifaq müşavirələrində iştirak edib. 1985-ci ildə SSRİ Yazıçılar Birliyinin üzvü seçilib, 1986-cı ildə Respublika Lenin Komsomolu mükafatına layiq görülüb. Əsərləri təkcə ölkəmizdə yox, xaricdə də nəşr olunub.
“Ulduz”, “Yeni Fikir” , “Müstəqil qəzet” mətbu orqanlarında işləyib.


1 noyabr 2016-cı ildə Bakıda vəfat etmiş, 2 noyabrda doğulduğu kənddə dəfn olunmuşdur.


Yaradıcılığa verdiyi töhvələrə görə - Azərbaycan Respublikası Şəmkir Rayonu İcra hakimiyyəti Başçısının Sərəncamı ilə “ Şəmkir rayonunun Dəllər-Cəyir kəndi ərazisində yerləşən küçəyə Taleh Həmid adı verilməsi” haqqında qərar verilmişdir
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !