Turan sadəcə sərgi deyil, sənət imtahanıdır - + FOTO ( AZpress.AZ - Minə Türksoy )

“Turan” sadəcə sərgi deyil, sənət imtahanıdır + FOTO ( AZpress.AZ - Minə Türksoy )

Rəng dünyasının bir başqa aləmi var ki, hərə onu öz xəyallarına uyğun canlandırmaq Şansina malikdirlər. Bəzən anlaşılmaz olan bir rəsmin ən dərin mənalarına varmaq, bəzənsə, ən sadə işlənmiş bir əsərin anlanılmayacaq qədər dərinliyində itib batır insan. İlahinin verdiyi bu istedadı hərə bir məqsəd üçün istifadə edir. Lakin rəssam olub sadəcə fırçanın palitraya toxunuşundan sehirli aləm yaratmaq hər sənətkara nəsib olmayıb. Gənc olmasına baxmayaraq Ülviyyə Həmzəyeva sadəcə yaratmaq və yaratdıqlarını hər kəslə paylaşmaq arszusunda olan insanlardandır. Bu gün onun ecazkar fırçasının bəhrəsi olan bir neçə iş və onun həyat və yaradıcılığı ilə sizə tanış edəcəyik. Əsərlərini canlı görmək arzusunda olanlar isə “TURAN”da mütləq iştirak etsinlər.


1982-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Şəkərabad kəndində anadan olmuşdur.


2003-cü ildə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin təsviri incəsənət və rəsmxət ixtisası üzrə bitirmişdir.


2006-cı ildə Naxçıvan Dövlət Universitetinin Pedoqojika nəzəriyyəsi və tarixi ixtisası üzrə magistr pilləsini bitirmişdir.


Naxçıvanda soyqrım qurbanlarının xatirəsinə ucaldılmış abidənin layihə müəllifidir. Xarici ölkələrdə bir çox fərdi və qarışıq sərgilərdə iştirak etmişdir.


Əsərləri ABŞ, Türkiyə, Türkmənistan, Gürcüstan, Çin, Portuqaliya, Fransa və.s. ölkələrdə sərgilənmişdir.


2008-ci ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı , 2009-cu ildə isə Azərbaycan Respublikasının Əməkdar rəssam fəxri adına layiqgörülmüşdür. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. “Yeni Era” Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvüdür. Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. 2011-ci ildən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədridir. Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. -Əsərlərində əsasən milliliyi,qədimliyi,mifologiyanı və real həyatın fəlsəfəsini özünəməxsus tərzdə əks etdirir.


AZpress.AZ informasiya agentliyinin verdiyi xəbərə əsasən bildiririk ki, 07 .07. 2017 –ci il tarixində baş tutacaq sərgidə Ülviyyə Həmzəyeva da öz sənət əsərləri ilə qatılacaq. Sərgi Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına rəsm salonunda keçiriləcək.

 

 

 


! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !