Məzahir Süleymanzadə : - "Ömrümə bir sükut çöküb..."

Məzahir Süleymanzadə : "Ömrümə bir sükut çöküb..."

Əvvəl gül göndərdi,
Sonra qoşa nar...
Bildim ki, adı da
Gülnardır, Gülnar...
İllər keçdi, güllər açdı,
Həyatıma ətir saçdı...
Əzizlədim bir cüt narı,
Gözlədim gözəl Gülnarı...
Gözlərini görməmişəm,
Saçlarını hörməmişəm...
Mənə yalnız həsrət qalıb,
Güllər də solub, saralıb...
Rəssam gözəl şəkil çəkib,
Ömrümə bir sükut çöküb...
Qaynayırıq, qarışırıq,
Biz hər şeydən danışırıq...
Söhbət düşmür güldən, nardan,
Xəbər yoxdur o Gülnardan...

 


Məzahir Süleymanzadə 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !