Leyla Əliyevanın təşəbbüsü ilə Kaluqada Turist toplantısı adlı idman turniri keçirilib - + FOTO

Leyla Əliyevanın təşəbbüsü ilə Kaluqada “Turist toplantısı” adlı idman turniri keçirilib + FOTO

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə Rusiya Federasiyasının Kaluqa vilayətindəki şəhərətrafı “Pine River” otelində “Turist toplantısı” adlı idman turniri keçirilib.

 

Turnirdə ən güclü və ən yaxşı komanda adı uğrunda Rusiya paytaxtının ali məktəblərini – M.V.Lomonosov adına Moskva Dövlət Universitetini (MDU), RF Hökuməti yanında Maliyyə Universitetini, Ali İqtisad Məktəbini, N.İ.Piroqov adına Rusiya Elmi-Tədqiqat Tibb Universitetini, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetini (MDTU), G.V.Plexanov adına Rusiya İqtisad Universitetini (RİU), RF Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasını (RXTDXA), Dövlət İdarəçilik Universitetini (DİU), Moskva Dövlət Pedaqoji Universitetini (MDPU), Moskva Dövlət Humanitar-İqtisad Universitetini (MDHİU) və başqa təhsil müəssisələrini təmsil edən 11 komanda mübarizə aparıb.

 

İdman yarışlarında RAGB-nin fəallarından olan 90-a yaxın tələbə iştirak edib. Onlar 9 mərhələ keçiblər: “Friroup”, “Skaladrom”, “Luçnıy tir”, “Vısotnıy qorodok”, “Turistiçeskaya polosa”, “Splav na kanoe” və s.

 

Oyunların yekunlarına əsasən İ.M.Seçenov adına Birinci MDTU-nu təmsil edən “Qorillı” komandası qalib gəlib. Qaliblərə kubok və kanat yolla çayın o tayına keçmək hüququ verilib.

 

İkinci yeri DİU-nun və G.V.Plexanov adına RİU-nun birləşmiş “Pandı” komandası tutub. MDPU-nu təmsil edən “Tiqrı” komandası üçüncü yerə layiq görülüb. MDHİU-nun “Koalı” və RXTDXA-nın “Delfinı” komandaları idman yarışlarında fəal iştirakına, yüksək intizama və komanda birliyinə görə də təltif edilib.

 

İdman turniri başa çatandan sonra iştirakçılar üçün “Səhra mətbəxi” tipli süfrə açılıb.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !