Məzahir Süleymanzadə : - "50 ildən sonra oxunan...sevgi məktubu"

Məzahir Süleymanzadə : "50 ildən sonra oxunan...sevgi məktubu"

O qədər kitabım vardı ki...Köçhaköçdə yarısı itə-bata düşdü. Bir qismini özüm dost-tanışa bağışladım...Anamın saxladığı kitabları isə heç kəsə verməyə əlim gəlmədi. Əsasən, dərs kitablarıdır. Şamaxıdakı S.M.Qənizadə adına 1 nömrəli şəhər orta məktəbində hər gün çantama yığıb apardığım kitablar. "Ədəbiyyat", Cəbr", "Həndəsə", "Qədim dünya tarixi", "Coğrafiya", "Kimya", "Biologiya"...
...Kitabları götürüb sığalladım, mənə bu fənlərdən dərs deyən müəllimləri yada saldım...50 yaşı olan "Coğrafiya" kitabını vərəqləyəndə arasından bir məktub çıxdı. Əllərim əsə-əsə məktubu açdım, oxudum: "Salam, Məzahir. Səhərədək gözümə yuxu getmədi, sənin haqqında düşündüm. Çoxdandır sənə məktub yazmaq istəyirdim. Axır ki, bu gün özümdə cəsarət tapdım. Bilirəm, hiss edirəm ki, sən yanında oturan qızı sevirsən...Amma inan ki, o, sənə layiq deyil. Deyirəm bəlkə sabahdan mənim yanımda oturasan? Bağışla, əlim əsə-əsə yazdım, xəttim pis düşdü..."
...50 il əvvəlin sevgi məktubu...Mənim xəbərim olmayıb, anam da görməyib. O vaxtdan qalıb "Coğrafiya" kitabının arasında...O vaxt özü də üstünü vurmayıb, bir daha bu mövzuya qayıtmayıb. Yəqin elə düşünüb ki, məktubu oxumuşam, keçib yanında oturmamışamsa, deməli, cavabım elə belə olub...Həyat çox qəribədir...Öz-özümə düşünürəm, görəsən 50 il əvvəlki məktubu zamanında oxusaydım, həyatımda nə baş verəcəkdi?..Nə bilim...Amma yaxşı qız idi...

 

Məzahir Süleymanzadə  

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !