Məzunlar İDRAK -dan BAŞLANAN İŞIQLI YOLA salınıb - + FOTO

Məzunlar “İDRAK”-dan BAŞLANAN İŞIQLI YOLA salınıb + FOTO

2016-2017-ci tədris ilində Bakıdakı məktəblərin buraxılış siniflərini 20 mindən çox şagird bitirib. Onların arasında müasir təhsil metodları ilə seçilən “İdrak” liseyinin məzunları da var.


“İdrak” liseyi Bakı filialında təşkil olunan son zəng tədbirində həmin məzunlar böyük qürur hissi ilə ““İDRAK”-dan BAŞLANAN İŞIQLI YOLA” salınıb.


Fərqli və maraqlı formada təşkil olunmuş mərasimdə liseyin rəhbərliyi, Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndəsi, müxtəlif təhsil ekspertləri, sənət adamları, müəllimlər, valideynlər və başqa qonaqlar iştirak ediblər.


Liseyin təsisçisi, pedaqoji elmlər doktoru, professor Mönsüm Alışov çıxışında başa çatan 2016-2017-ci tədris ilində qazandığı böyük nailiyyətlərə görə təhsil ocağının bütün kollektivini təbrik edib, məzunlara daha böyük uğurlar arzulayıb. Bu il tədris prosesinə tətbiq olunan yeniliklərdən söz açan təsisçi liseyin gələcəkdə də bu yöndə davam edəcəyini, elmin və texnologiyanın bütün nailiyyətlərindən istifadə olunacağını qeyd edib, eləcə də xarici dillərnin tədrisində mütərəqqi üsullara hər zaman yer veriləcəyini söyləyib. Liseyin inkişafına şərait yaratdığına görə Azərbaycan Respublikası Təhsil Nazirliyinə dərin təşəkkürünü ifadə edən professor, ümumilikdə təhsilin inkişafına, özəl məktəblərin tərəqqisinə, azad sahibkarlığa dəstək olduqlarına görə Azərbaycan prezidenti İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya da dərin minnətdarlığını bildirib.


Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri, Binəqədi rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov və başqa qonaqlar “İdrak” liseyində təhsil aldıqları müddətdə qazandıqları bilik və bacarıqları nümayiş etdirməyin sevinc və qürurunu yaşayan şagirdlərin və məzunların ünvanına ən xoş arzularını səsləndiriliblər.


İl ərzində təhsildə, ictimai işlərdə, respublika səviyyəli olimpiada və yarışlarda uğur qazanan şagirdlər, onların üzərində xüsusi əməyi olan müəllimlər Fəxri Fərman və Təşəkkürnamələrlə təltif olunublar.
Liseyin şagirdlərinin hazırladıqları müxtəlif mahnı və rəqs nömrələrinə respublikanın əməkdar artistləri Lalə Məmmədova, Yusif Mustafayev, “Xan” qrupu və başqa sənət adamları da qoşulub.
Məzunlarının ali məktəblərə qəbulda hər il 100 faiz nəticə göstərdiyi “İdrak” liseyi 2016-2017-ci tədris ilini də uğurla və qürurla başa vurub.


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !