MSXƏEBM 60: Mədəniyyət abidələri bərpaçıların gözü ilə adlı treninq seminar və fotosərgi - + FOTO

“MSXƏEBM 60: Mədəniyyət abidələri bərpaçıların gözü ilə” adlı treninq seminar və fotosərgi + FOTO

Cənubi Qafqazda yeganə olan Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi artıq beynəlxalq bərpaçılıq məkanında yüksək professional vərdişlərin nümayişi ilə özlərinə layiqli mövqe qazana biliblər. Burada yarım əsr müddətində bu çətin peşənin nəsillərdən – nəsillərə ötürmək ənənəsi uğurla həyata keçirildiyindən bu sahənin taleyinin gələcəkdə də etibarlı əllərdə olacağına inam və zəmin yaradır.
Bu günədək Elmi Bərpa MƏrkəzində 15.000 – dən artıq müxtəlif muzey eksponatları bərpa və konservasiya olunub, muzeylərə qaytarılıb.
Müstəqil Respublikamızda bu gün fəaliyyət göstərən 225-ə qədər muzey kolleksiyasına daxil olan maddi – mədəniyyət nümunələrinin, sənət əsərlərinin və tarixi əhəmiyyət daşıyan sənədlərin taleyi artıq etibarlı əllərdədir.
Bu il Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin yaranmasının 60 ili tamam olur. Bununla əlaqədar bir sıra silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayevin əmri ilə Mərkəzin 12–14 iyun 2017–ci il tarıixlərində Masallı Tarix Diyarşünaslıq muzeyində Masallı, Yardımlı və Cəlilabad rayonlarının muzey əməkdaşları üçün təşkil etdiyi “MSXƏEBM 60: Mədəniyyət abidələri bərpaçıların gözü ilə” adlı treninq seminar və fotosərgi keçirilib.
Seminar zamanı iştirakçılara Mərkəzin fəaliyyəti ilə bağlı geniş məlumat verildi. Mərkəzin tarixindən bəhs edən, eləcə də Mərkəzdə aparılan bərpa və konservasiya prosesslərini əks etdirən video–çarxlar nümayiş etdirildi. Tədbirdə Mərkəzin direktoru Zərifə Məlikova, baş mühafiz İranə İbrahimova, rayon tarix–diyarşünaslıq muzeylərinin, qalereyaların direktor və əməkdaşları çıxış etdilər. Daha sonra iştirakçıların sualları Mərkəzin əməkdaşları – bərpaçı–rəssamlar: Pərviz Zeynalov və Elşən Heybətov tərəfindən ətraflı cavablandırıldı və muzey əşyalarının qorunmasına, saxlanması və s. dair tövsiyələr verildi.

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !